Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xədicə İsmayılla və Əfsələddin Ağalarov arasında qalmaqal


“Azadlıq" radiosunun əməkdaşı jurnalist Xədicə İsmayılla Azxeber.com informasiya portalının rəhbəri Əfsələddin Ağalarov arasında münaqişə yaranıb


Aktual.az saytının məlumatına görə, münaqişəyə səbəb Xədicə İsmayılın Əfsələddin Ağalarovun da iştirak etdiyi “5+” media layihəsi ilə bağlı yazdığı statusa şərh yazması olub. Layihənin ik qonağı olan “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun müsahibəsinə eyham vuran X.İsmayıl sözü gedən statusda yazıb: “Rauf Arifoğlu yalan yaymaqda davam edir. Yalan olmayan çox az cümlə tapmaq olar bu nitqdə. Xitab etdiyi dairəni də müəyyənləşdirib - Rauf Arifoğlunun yeni dairəsinə baxın. Əfsələddin Ağalarov, Hacıbəy Heydərli. Çox düşüb!”. Onun bu ifadəsini adları çəkilənlərdən biri - Əfsələddin Ağalarov cavabsız qoymayıb. 

Ə.Ağalarovun “Xədicə İsmayıl kimi vətənini və millətini ermənilərin yanında aşağılamaqdansa, Əfsələddin Ağalarov və Hacıbəy Heydərli kimi "təcrübəsiz" olmaq daha yaxşıdır...”cavabı X.İsmaylı özündən çıxarıb. 

Bir neçə şərhlə davam edən söz atışması sonda Ə.Ağalarovun X.İsmayıla “Sən Amerika casususan”, X.İsmayılın isə birinciyə xitabən “Ə.Ağalarov rədd ol burdan!” şərhləri ilə yekunlaşıb. 

Daha sonra müxtəlif profillərlə statusa şərhlər yazanlar Xədicə İsmayıla qahmar çıxaraq, onu “vətənpərvər” kimi təqdim ediblər. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Azərbaycan Karate Federasiyasında yeni təyinatlar - Foto

Bakıda məişət tullantıları yanan ərazidən meyit tapılıb

Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Ən çox oxunanalar