Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xaricdən gətirilən avtomobillərin idxal qiymətində artım - Video

Ölkəyə xaricdən gətirilən avtomobillərin idxal qiyməti artıb...

Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən ilin yanvar-sentyabr aylarında bir ədəd nəqliyyat vasitəsinin orta idxal qiyməti 13,4 min dollar olduğu halda, bu ilin eyni dövründə bu rəqəm 16,5 min dollar təşkil edib. Bu da illik müqayisədə üç min dollardan çox bahalaşma deməkdir.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyir ki, bu artım həm ölkəyə gətirilən yeni avtomobillərin qiymətlərinin, həm daşınma xərclərinin artması ilə əlaqəlidir.

Rəsmi dilerlərin xaricdən gətirdikləri avtomobillərə gəldikdə isə ekspert bildirib ki, onlar qiymətin yüksəlməsində maraqlı deyillər.
İdxal qiymətlərinin avtomobil bazarına təsirinə toxunan E.Cəfərov bildirib ki, hazırda bazarda qeyri-aktivlik müşahidə edilir, qiymətlərdə yüksəlmə yoxdur. İlin sonuna kimi də qiymətlərdə dəyişiklik gözlənilmir. Onu da qeyd edək ki, sonuncu dəfə bu ilin avqust ayında ölkəyə idxal olunan yeni avtomobillərin qiymətində 3-5 faiz artım qeydə alınıb.

Daha ətraflı süjetdə:

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Masallıdakı restoranlardan biri dövlətə məxsus əraziləri zəbt edib?

UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - Yenilənib

Diqqət: Xaricdən Azərbaycana göndərilən bağlamalar vasitəsilə meymunçiçəyinə yoluxa bilərsiniz

Bakının bəzi ərazilərində və Xırdalanda qaz kəsiləcək

Ən çox oxunanalar