İranın dini rəhbəri Xameneyi dünyasını dəyişib?..
İranın Ali Dini lideri Əli Xameneinin ölüm xəbəri yayılıb.
PİA.az xəbər verir ki, bu baradə Ümid Partiyasının sədri İqbal Ağasadə sosial şəbəkədə məlumat verib.
Partiya sədrinin yazdığına görə bu gün səhər saatlarından İsfahan və Təbrizdən ordu hissələri Tehrana aparılıb. Güman edilən versiya budur ki, İranın dini rəhbəri Xameneyi dünyasını dəyişib.
Qeyd edək ki, Əli Xameneyi İranın Ali Dini lideri vəzifəsini İran islam inqilabının lideri Ruhullah Xomeynidən 1989-cu ildə təhvil alıb və artıq 33 ildir ki, İrana rəhbərlik edir.
Qeyd edək ki, Xameneinin ölümü haqda İran mənbələri hələ ki, məlumat vermirlər.
pia.az