Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xalq Ümummilli Liderini anır

12 dekabr dünya azərbaycanlıları üçün ümummilli hüzn gününə çevrilib...

Azərbaycan qədim tarixə və mədəniyyətə malik sülhsevər və qonaqpərvər xalqdır. Azərbaycan xalqının, dövlətinin adının uca olmasında, tanınmasında Ulu Öndər Heydər Əliyevin rolu danılmazdır. Heydər Əliyev öz xarizması, dövlətçilik təcürbəsi ilə bütün bunlara nail olmuşdur. Məhz onun sayəsində Azərbaycan dünya dövlətləri arasında öz imzasını atmışdır. Ulu Öndər Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsi və inkişafı naminə öz ömrünü, həyatını sərf etmişdir. Dahi rəhbərin tərcümeyi-halına baxsaq, məhz dövlətçilik fəaliyyəti baxımdan əlamətdar olduğunu görərik. Xatırladaq ki, Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda (Sankt-Peterburq) xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Ulu Öndər 1982-1990-cı illərdə Moskvada olsa da, yenə də Azərbaycandan, necə deyərlər, əlini çəkməyib. Məhz bu illərdə SSRİ səviyyəsində Azərbaycana daha çox diqqət artıb. Sovet respublikaları arasında keçirilən bir sıra tədbirlərdə Azərbaycanın adı öndə olub. Sonradan ona qarşı olan haqsızlıqlara görə öz vəzifəsindən istehfa vermişdir. Sovet sistemi dağılan zamanda Azərbaycanda baş qaldıran milli azadlıq həraktını 1990-cı ilin 20 yanvarında qanlı faciə ilə yatırmaq istədilər. Amma xalqımız susmadı, daha da güclənərək öz müstəqilliyi yolunda mücadiləsini davam etdirmişdir. O günlərdə Ümummilli Lider Heydər Əliyevin məhz Moskvada siyasi iradəsi təcəssüm etmişdir. 20 Yanvar hadisələrinə ilk hüquqi qiymətin verilməsi Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsinin nəticəsidir. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını ittiham etmiş, ifşaedici və cəsarətli bir bəyanat vermişdir. Bu, 20 Yanvar canilərinin düz üzünə baxaraq cinayətlərini demək idi. Bu toplantıda dünya mediasının nümayəndələri də iştirak etmişdir. Orada səslənən fikilərin xarici ölkələrin 20 Yanvar hadisələrindən dolğun məlumat əldə etməsində mühüm rolu olmuşdur. Bütün bunlarla yanaşı, Ulu Öndərin bu bəyanatı Azərbaycan xaqlının mübarizə ruhunu daha da qüvvətləndirmişdir. Bununla xalqımız müstəqillik yoluna inamla addımlamışdır. Lakin Moskvada edilən belə çıxışdan sonra Ulu Öndərin orada qalması artıq daha da təhlükəli idi. Ayrıca Azərbaycanda siyasi təcrübəsi olmayan insanların hakimiyyət uğurunda mübarizəsi ölkəni xaosa sürükləyirdi. Xalqı bu dar gündən çıxarmağa ehtiyac var idi. Belə bir zamanda dövlətçilik təcrübəsi, liderlik qabiliyyəti olan rəhbər lazım idi. Ona görə də 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev qısa müddət Bakıda qaldıqdan sonra Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikasının Ali Soveti sədrinin müavini olub. Ulu Öndərin doğma Vətənə qayıdışı ölkəmizin yeni tarixinin, Azərbaycanın çiçəklənməsinin başlanğıq dövrü hesab edilir. 1993-cü ildə yenidən hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev çox böyük sınaq qarşısında idi. Bu, dövlət və xalq qarşısında olan milli sınaq idi. Sonralar Ulu Öndər Heydər Əliyev həyatının bu anlarını çıxışlarının birində belə təsvir etmişdir: “Mənim həyatımda çox şey olubdur. Ancaq mühüm olanı odur ki, mən bütün bu sınaqlardan, bütün bu çətinliklərdən keçmişəm və yaşayıram. Yəqin ki, hələ çox illər yaşayacağam. Belə taleyi olan insan indi çətin ki, tapılsın. Çünki mən 14 il burada işləmişəm, respublikaya rəhbərlik etmişəm, sonra 5 il Moskvada Siyasi Büronun üzvü, Sovetlər İttifaqı kimi fövqəldövlətin Nazirlər Soveti sədrinin birinci müavini işləmişəm. Sonra isə təqib dövrü olmuş və o, təxminən üç il davam etmişdir. Sürgün dövrü də olmuşdur - mən məcbur olub Moskvadan Bakıya gələndə, mənə burada yaşamağa imkan vermədilər. Mən Vətənimə - doğulduğum, hazırda blokada vəziyyətində olan Naxçıvana getdim. Orada üç il yaşadım. Ondan sonra artıq 8 ildir Bakıda yaşayır və vaxtilə tikdiyim həmin bu binada işləyirəm. İnsanların taleyi müxtəlifdir. Kimsə öz taleyindən razı olur, kimsə narazıdır. Bütün bu çətinliklərə baxmayaraq, mən öz taleyimdən çox razıyam. Çünki qısa ömür, qısa tale o qədər də maraqlı deyildir. Amma insan cürbəcür hadisələrlə qarşılaşanda, hər cür sınaqlardan çıxanda, yəqin ki, həm də daha çox təcrübə toplayır, daha da mətinləşir və bu mənada mən öz taleyimdən çox razıyam. Sabah nə olacağını bilmirəm, amma onu bilirəm ki, bundan sonra daha yaxşı olacaqdır”.

Ümummilli Lider Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişsə də xalqımızın qəlbində daima yaşayır. Xalq öz Ulu Öndərini ehtiramla anır. Artıq 12 dekabr dünya azərbaycanlıları üçün ümummilli hüzn gününə çevrilib. Böyük insan axını Ümummilli Liderin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gedir. Həmin gün ölkəmizinin bütün regionlarında, eləcə də Azərbaycanın xarici ölkələrdəki səfirliklərində Ulu Öndərin anım tədbirləri keçirilir.

Kamal Paşa-zadə - Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Qəzzada ölənlərin sayı 34 388 nəfərə çatıb

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Peskov: “Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq”    

Ceyranbatan su kanalında batan 13 yaşlı yeniyetmənin meyiti tapılıb    

Ən çox oxunanalar