Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xaçmaz Rayon Təhsil Şöbəsində “topla və gətir” deyənlər kimlərdir?

Mövzuya başlamazdan öncə onu qeyd edim ki, Xaçmaz Rayon Təhsil Şöbəsinin müdirinin adı İnqilabdır. “Lid” cümləmizdə istifadə etdiyimiz “İnqilab” sözünün şöbə müdirinin adı ilə olan mütənasibliyinə isə daha sonra toxunacam.

Təhsil müəssisələrindəki qanunsuz pul toplama marafonları barədə dəfələrlə bəhs etmişik. Bu artıq adətə çevrilmiş və qəbullanmış bir rüşvət növü hesab edilir. Kim buna görə cəza görüb ki?

Valideynlər də təhsil ocaqlarının bu tələblərini məcburiyyət qarşılığında qəbul edir və səssiz-səmirsiz riayət edir. Çünki bilirlər ki, tələb olunan pulu verməsələr məktəbdə onların övladlarına qarşı xoşagəlməz bir münasibət formalaşa bilər.

Qayıdaq bəhs etmək istədiyimiz “İnqilab” məsələsinə – Xaçmaza

Qeyd edək ki, bir müddət bundan əvvəl Hesablama palatası 2 saylı Maliyyə Hesablaşma Mərkəzində auditi yoxlamalara başlayıb. Dövlətin ən ali maliyyə nəzarəti orqanın başladığı bu yoxlamalar rayonda yerləşən təhsil müəssisələrinədə öz “təsir”ini göstərib. Yoxlamalarla paralel olaraq məktəblərdə də pul toplama marafonları strat götürüb.

Etibarlı mənbənin cumhuriyyet.az-a verdiyi məlumata görə Xaçmazda Hesablama Palatasının aparmış olduğu bu yoxlamalardan “təmiz” çıxmaq üçün hər məktəbə müəyyən məbləğdə pul toplayıb gətirmək tapşırılıb.

Vəziyyət elə həddə gəlib çatıb ki, bu proses rayonda böyük bir səs-küy və rezans yaradıb. Artıq pedaqoji kolliktivin bir neçə üzvü bu barədə təmsil olunduğu sosial şəbəkə platformalarında belə açıq şəkildə etiraz etməyə başlayıb.

Elə bil yağışdan çıxıb yağmura düşmüşük. Üzümüz qalmıyıb da. Təhsil qalıb kənarda. Elə bil bazardı. İldə bir dəfə iki dəfə olanda yenə problem olmur. Hərə bir ağızdan ehham vurur. Ver, gətir.

Hesablama Palatası kimi bir dövlət qrumunun adından istifadə edilərək həyata keçirilən belə marafonların aparılması isə olduqca maraqlıdır. Görəsən bu qrumun Xaçmaza göndərdiyi audit qrupunun Rayon Təhsil şöbəsinin qarşısında hansısa bir “tələb”i olubmu? Olubsa, bu tələb hansı nöqsanlara və çatışmazlıqlara göz yumulmaq üçün nəzərə alınıb? Əyər belə bir tələb olmuyubsa, bəs Rayon Təhsil Şöbəsi belə bir cəsarəti hardan tapıb?

Qeyd edim ki, Rayon Təhsil Şöbəsinə uzun illər rəhbərlik etmiş Mədinə Nurməmmədova bu il vəzifədən azad edilərək yerinə İnqilab Musayev adlı şəxs təyin edilib. O əvvəllər Xaçmazın Köhnə Xaçmaz kənd orta məktəbinin direktoru vəzifəsində çalışıb.

Çalışdığı məktəb həm təhsilin keyfiyyəti, həmdə digər məqamlara görə rayonda ən nümunəvi təhsil ocaqlarından biri olub. Onun rayon təhsilinin başına gətirilməsinin əsas səbəblərindən biri də bu olub. Amma nədənsə hamı onun rayon təhsilində müsbətə doğru bir “inqilab” edəcəyini gözlədiyi halda baş verən bütün proseslər məyusluq doğurub.

Xaçmaz şəhər 7 saylı orta məktəbi bir neçə il bundan öncə yenidən inşa edilib. Amma cari tədris ilinin başlamasından sonra hər şagirddən 10 manat təmir pulu toplanılıb. Bundan başqa bu təhsil ocağında yazı taxtası üçün 3 manat, həmçinin süpürgə pulundan tutmuş summativ puluna qədər müxtəlif məqsədlərlə vəsait toplanılıb.

Rayonun Çarxı kənd orta məktəbində də vəziyyət fərqli deyil. Hesablama palatasının yoxlamaları üçün məktəbin pedaqoji kollektivindən müxtəlif məbləğlərdə pul toplanılıb. Direktor Ruhiyyə Mustafazadənin cumhuriyyet.az-a məsələ ilə bağlı açıqlaması isə bu oldu: ”Biz heç bir pul-mul yığıb eləməmişik”

Şəhərin bütün təhsil müəssisələri, həmçinin kənd məktəblərində da oxşar proseslər mövcuddur.

Yergüc kənd orta məktəbini də dəqiqliklə misal çəkə bilərik. Hələlik bu qədər.

Mənbə: cumhuriyyet.az

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Masallıdakı restoranlardan biri dövlətə məxsus əraziləri zəbt edib?

UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - Yenilənib

Bakının bəzi ərazilərində və Xırdalanda qaz kəsiləcək

Sabiq VHP-çi Məhəməliyevə YAP-çı deputat mandatı halaldırmı?

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Ermənistanın müdafiə naziri maliyyə pozuntularına görə cərimələnib

Ceyhun Bayramovdan şifrəli mesajlar... - Ermənistan Azərbaycandan nələri istəyir?

Ən çox oxunanalar