Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vüsal Hüseynov: "Miqrasiya Məcəlləsinə böyük dəyişikliklər ediləcək”

“Hazırda Miqrasiya Məcəlləsinə böyük həcmli dəyişikliklərin edilməsi nəzərdə tutulur”

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov AZTV-nin efirində yayımlanan "Günün Nəbzi" proqramında deyib.

O bildirib ki, həyata keçiriləcək dəyişikliyə əsasən qanunlar liberallaşdırılacaq: “DMX gənc bir struktur olsa da, qanunvericilik bazası peşəkar və təkmil hazırlanıb.

Ötən ilin iyul ayında Prezidentin təşəbbüsü ilə Miqrasiya Məcəlləsinə vacib dəyişiklər edilib. Ölkəmizdə turizmin və sahibkarlığın inkişafı ilə bağlı islahatlar və silsilə tədbirlər həyata keçirilir. Miqrasiya məcəlləsinə dəyişikliklər də bu istiqamətdə həyata keçiriləcək. Nəzərə almaq lazımdır ki, Miqrasiya xidmətinin əsas fəaliyyətlərindən biri ölkəmizin təşviqidir. Çünki ölkəmizin turizmi ilə maraqlanan əncəbi həm də miqrasiya məsələləri ilə də maraqlanmalı olur. Biz istəyirik ki, əcnəbi Azərbaycana rahat şəkildə gələ, yaşama və iş icazəsi ala və işləyə bilsin. Nəzərdə tutulan dəyişikliklərdən biri əncəbilərin rahatlığının təmin edilməsi və ölkəmizin turizm və sahibkarlıq baxımından cəlbediciliyinin artırılmasına yönəlib”.

Xidmət rəisi həmçinin bildirib ki, Azərbaycanda əcnəbilər tərəfdən qanun pozuntuları hallarının sayında azalmalar müşahidə olunur.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar