Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vüqar Səfərli ilə birgə ittiham olunan restoran sahibi məhkəməyə müraciət edib

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli ilə birgə cinayət məsuliyyətinə cəlb edilən "Altun" restoranın inzibatçısı Şahin İbrahimov apellyasiya şikayəti verib.

APA-nın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sınaq müddəti seçilməklə şərti cəza təyin edilən restoran inzibatçısı ikinci instansiya məhkəməsindən bəraət istəyir. Təqsirləndirilən şəxs şikayət ərizəsində həmçinin cinayət işinə xitam verilməsi üçün könüllü olaraq Baş Prokurorluğun depozit hesabına qoyduğu 50 min manatın da geri qaytarılmasını xahiş edib.

Şikayət Şahin İbrahimovun vəkili tərəfindən Bakı Apellyasiya Məhkəməsinə təqdim olunub.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin qəbul etdiyi hökmə əsasən Vüqar Səfərli 10 il 6 ay, onunla birlikdə saxlanılan Nadir Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib.Cinayət işi üzrə digər təqsirləndirilənlər - Bünyamin İsmayılov, Ədalət Vəliyev, Namiq Hacıyev, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Şahin İbrahimov və Təhminə Yaqubovaya sınaq müddəti seçilməklə şərti cəza verilib.

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat keçirilib.

Saxlanılanlar şəxslər barəsində Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma-külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Azərenerji” nin prezidenti Balababa Rzayevə şiddətli töhmət elan edilib

“Şöhrət” ordeni ilə təltif edilən Sabir Hacıyev kimdir? - Dosye

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda-qərargah təlimi başa çatıb

İsralin Bunkerə endirdiyi zərbələr nəticəsində Haşim Safiəddindən xəbər yoxdur

Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? 

"Komedixana"nın aktrisasının aktyorlarla rəqsi diqqət çəkdi - Video

Rayon rəhbəri şəhid anasını 50 illik yubileyi münasibəti ilə ziyarət edib

7 evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb - Video

Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir

Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək

MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib

Ən çox oxunanalar