Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vüqar Rəhimzadə: "Azərbaycan-Tacikistan əməkdaşlığının daha da möhkəmlənməsi üçün çox yaxşı perspektivlər var"

Şuşa-İsfara qardaşlaşmasının Azərbaycan-Tacikistan münasibətlərinin gələcək inkişafında öz payı olacaq...

Azərbaycanın xarici siyasətində ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması, illər keçdikcə yeni prioritetlər üzrə inkişafı əsas yer tutur ki, hazırda bu istiqamətdə qazanılan uğurlar davamlılığı ilə diqqətdədir. Həm dünya, həm qonşu, həm də Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın yüksələn xətlə inkişafı bugünkü reallıqlarda özünün aydın ifadəsini tapır. Qarşılıqlı səfərlər əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Bu baxımdan ki, hər iki tərəfi maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılır, əməkdaşlığın inkişafı üçün hüquqi bazanın möhkəmləndirilməsi məqsədilə sənədlər imzalanır. Ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə əlaqələrində xüsusi yer tutan Azərbaycan-Tacikistan əməkdaşlığı hazırda dövlət başçısı İlham Əliyevin aprelin 5-də bu ölkəyə reallaşdırdığı səfər fonunda geniş müzakirə olunmaqdadır. Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti əsasında həyata keçirilən bu səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümünə təsadüf etdi. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Dövlət başçısı İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rahmon ilə təkbətək, eyni zamanda, geniş tərkibdə görüşlərində əməkdaşlığın gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparıldı. Səfər çərçivəsində imzalanan çoxsaylı sənədlər möhkəm təmələ əsaslanan əlaqələrin daha da inkişafında öz sözünü deyəcək. Prezident İlham Əliyevin bu səfəri Tacikistana beşinci səfəri idi.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Poliqon.info-ya açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, dövlət başçılarının mətbuata bəyanatlarında Azərbaycan-Tacikistan münasibətlərinin dünəninə, bu gününə diqqət yetirilərək gələcək inkişaf üçün geniş imkanların mövcud olduğu xüsusi qeyd edildi. Tacikistan Prezidenti Emoməli Rahmon bu münasibətlərin möhkəm təməlinin qoyulmasında ulu öndər Heydər Əliyevin rolunu xüsusi qeyd edərək bildirdi ki, sıx, qarşılıqlı etimada əsaslanan əməkdaşlıq uğurla inkişaf edir. Prezident İlham Əliyevin səfəri həm bu əlaqələrin, həm də xalqlarımızın çoxəsrlik qarşılıqlı ünsiyyət tellərinin məntiqi davamıdır. Aparılan müzakirələrin, danışıqların yekunları ölkələrimiz arasında münasibətlərin inkişafına böyük nikbinliklə və xoş ümidlərlə baxmağa əsas verir. Dövlət başçılarının mətbuata birgə bəyanatlarında Prezident İlham Əliyev ölkələrimizin qardaşlıq münasibətlərini xüsusi vurğulayaraq onu da əlavə etdi ki, bu gün iki ölkə arasında əlaqələrin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir. Tacikistan və Azərbaycan keçmiş sovet respublikaları arasında müstəqillik yoluna ən pis və ən ağır şəraitdə qədəm qoydular. Bugünkü uğurlu inkişafımız, necə deyərlər, göydən düşməyib, bunun arxasında məhz xalqlarımızın liderlərinin əməyi durur. Onlar özləri üçün, öz həyatları üçün riskə gedərək dinc və uğurlu inkişafı təmin etmək naminə əllərindən gələni ediblər. İki ölkənin əməkdaşlıq əlaqələrinin, eyni zamanda, hər birinin ayrı-ayrılıqda keçdiyi inkişaf yolunun təhlili əsasında Prezident İlham Əliyev belə bir reallığı bir daha diqqətə çatdırdı ki, xalqlarımızın milli maraqlarına əsaslanan siyasət yürüdən ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda da müdrik rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, iki ölkə arasında bu günədək ümumilikdə 57 sənəd, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb. Tarixi köklərə əsaslanan bu əlaqələr ayrı-ayrı sahələrdə uğurla inkişaf edir. İqtisadi sahədə əlaqələrin inkişafı üçün geniş potensial mövcuddur. Səfər çərçivəsində imzalanan sənədlər arasında “2025-ci ilədək Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Tədbirlər Planı”nın olması bunun bariz nümunəsidir. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında bu məsələni də xüsusi qeyd etdi ki, Tacikistanda investisiya layihələrini ciddi nəzərdən keçirməyə hazırıq. Tacikistan həm Azərbaycana yaxın, həm də sabitlik hökm sürən ölkədir. İnvestisiyalar yalnız sabitlik və yaxşı investisiya şəraiti olan ölkələrə yönəldilir. Çoxsaylı xarici şirkətlər tərəfindən Tacikistanda fəal sərmayə qoyulması ona dəlalət edir ki, investisiyalar, o cümlədən xarici investisiyalar dövlət tərəfindən qorunur.

Vüqar Rəhimzadə hazırkı dövrün aktual məsələləri sırasında sülhün, təhlükəsizliyin təmin edilməsinin dayandığını önə çəkərək, səfər çərçivəsində aparılan müzakirələrdə bu məsələyə xüsusi diqqət yönəldildiyini bildirib. Dövlət başçıları beynəlxalq terrorizmə, ekstremizmə, narkotiklərin və silahların qanunsuz dövriyyəsinə, kibercinayətkarlığa və transmilli mütəşəkkil cinayətkarlığın digər formalarına qarşı mübarizədə əməkdaşlığın möhkəmləndirilməsinə tərəfdar olduqlarını qeyd etdilər. Ümumilikdə hər bir səfər gələcəklə bağlı əsas hədəfləri özündə ehtiva edir. Münasibətlərin dünəninə baxış əsasında qarşıdakı dövrdə atılacaq addımların yol xəritəsi tərtib olunur. Səfər çərçivəsində hər iki ölkənin müxtəlif strukturları arasında imzalanan sənədlər münasibətlərin bütün istiqamətlərdə uğurlu inkişafına yönəlib. Əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayan Azərbaycan və tacik xalqlarının mədəniyyətinə xüsusi nəzər salınaraq bildirildi ki, mədəni bünövrə bu gün bütün istiqamətlər üzrə fəal qarşılıqlı əlaqələr üçün zəmin yaradır.

YAP Xətai rayon təşkilatının sədri səfərin Azərbaycanın tarixi Zəfərinin yaratdığı reallıqların təqdimatı baxımından da xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. İmzalanmış sənədlər arasında “Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Tacikistan Respublikasının İsfara şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol” bunun təsdiqidir. Bu gün azad Qarabağda və azad Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri bütün dünyada diqqətlə izlənilir. Ölkəmizə dost, qardaş ölkələr əlaqələrin daha da genişləndirilməsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin potensialını xüsusi qeyd edirlər. Şuşa-İsfara qardaşlaşmasının Azərbaycan-Tacikistan münasibətlərinin gələcək inkişafında öz payı olacaq. Ümumilikdə, Azərbaycan-Tacikistan əməkdaşlığının bütün sahələrdə daha da inkişafı üçün çox yaxşı perspektivlər var.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Ən çox oxunanalar