Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vladimir Putin çevrilişdən qorxur və 2023-cü ildə istefaya gedəcək…

Rusiya prezidentinin keçmiş müttəfiqi iddia edir ki, Putin tezliklə istefaya gedəcək, səbəb isə devriləcəyindən və öldürüləcəyindən qorxmasıdır…

PİA.az xəbər verir ki, cümə günü Britaniyanın “Daily Mail” qəzeti Rusiya prezidenti Putinlə bağlı maraqlı iddia dərc edib. Qəzet Putinə yaxın mənbəyə istinadən idda edir ki, prezident bu il seçdiyi varisini elan edəcək.

Nəşr qeyd edir ki, bu, Rusiya prezidentinin populyarlığının Ukraynadakı müharibədə dəfələrlə baş verən hərbi uğursuzluqlar səbəbindən aşağı düşməsindən sonra baş verir.

Putinin keçmiş müttəfiqinin fikrincə, Kremlin sahibi Qəddafi və digər diktatorların başına gələnlər kimi, ona qarşı da çevriliş riskinə düşməkdənsə, hakimiyyəti seçdiyi varisə ötürmək və təqaüdə çıxaraq Qara dəniz yaxınlığındakı sarayında dincəlməyi seşəcək.

Bundan başqa, mənbə Putinin hakimiyyətdən əl çəkməyə hazır olduğunu, Ukraynada müharibəyə son qoymaq üçün danışıqlara getməyə çalışacağını və həmçinin 2024-cü ildə keçirilməsi planlaşdırılan seçkilərə qatılmayacağını iddia edib.

Putinin keçmiş müttəfi qeyd edib ki, Rusiya prezidenti yəqin ki, Moskva meri Sergey Sobyanin, baş nazir Mixail Mişustin və ya onun Baş Qərargah rəisinin müavini Dimitri Kuzak kimi sadiq adamlarından birininin üzərində dayanacaq.

Putin qorxur

“Vaqner” muzdlu dəstəsinin sahiblərindən biri olan Yevgeni Priqojinin yüksəlişi Putini əsəbiləşdirib. Müharibə başlayandan bəri Priqojin daha çox güc və resurs uğrunda mübarizə aparır ki, bu da onun Putini kənarlaşdırmaq arzusunu göstərir.

Mənbə bildirib ki, Putinin yorğun aparatı Priqojinin addımlarını izləyir və bir gün onların arxasınca muzdluları ilə birlikdə Kremlə gələcəyindən qorxur.

O, əlavə edib ki, Putin yenidən namizədliyini irəli sürərsə, həqiqətən də seçilməyə bilər. Putin seçkilərin nəticələri saxtalaşdırmağa çalışacaq, lakin bu, sistem üçün çox risklidir. Hətta o, seçkilərdə qalib gələ bilsə belə, bir müddətdən sonra istefa verib etibarlı bir adamını prezident vəzifəsinə gətirə bilər. Lakin bütün hallarda Putin Ukrayna və Qərblə danışıqlar aparmaq məcburiyyətində qalacaq.

Narazılıq artır

Bu ayın əvvəlində britaniyalı hərbi ekspertlər hesab edirdilər ki, Putin Ukraynadakı vəziyyəti yaxşılığa doğru dəyişə bilməsə, yaxın iki ayda Rusiyada inqilab ola bilər.

“Ruslar Ukrayna şəhərlərini atəşə tutmaqla və çoxlu sayda ukraynalı əsgərləri öldürməklə Ukraynanın müqavimət iradəsini zəiflətməyə çalışırlar”, deyən ekspertlərdən biri qeyd etmişdi ki, Rusların qüvvələrini tükətmək mümkündür.

“Beləliklə, biz müəyyən mənada potensial olaraq genişlənə biləcək bir növ tükənmiş müharibəsi içərisindəyik”, deyə mənbə vurğulamışdı.

“Putin irimiqyaslı itkilərin MoskvaSankt-Peterburq kimi şəhərlərə təsir edə biləcəyindən olduqca narahatdır və buna görə də o, əsgərləri Sibir kimi bəzi periferik bölgələrdən yığır”, deyə, ekspert fikrini davam etdirib: “Mən bu periferik ərazilərin bəzilərində görünməmiş vətəndaş etirazlarının baş verdiyini görmüşəm. Onlara çox diqqət yetirilmir, çünki Rusiyadakı media bunu demək olar ki, işıqlandırmır”.

Tərcümə PİA.az-a aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ən çox oxunanalar