Cümə axşamı, 30 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

VHP-dən nəqliyyatda qiymət artımına etiraz

Bu vaxta qədər nəqliyyatda qiymət artımı xidmətdə heç bir keyfiyyət dəyişikliyi yaratmayıb...

Vətəndaş Həmrəyliyi Partiyasının metroda və digər ictimai nəqliyyat vasitələrində gediş haqlarının qiymət artımı ilə bağlı
bəyanat yayıb.

Bəyanatda deyilir:

” Tarif (qiymət) Şurasının 31 yanvar 2023-cü il tarixində keçirilən növbəti iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılmış və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə qiymətləri artırmışdır.

Vətəndaş Həmrəyliyi Partiyası Tarif Şurasının bu qərarını qəti şəkildə pisləyərək bildirir ki, metroda və ictimai nəqliyyatda sərnişin daşımalarında qiymət artımı digər sahələrdə də qiymət artımına gətirib çıxaracaq. Əhalinin bütün təbəqələri yeni qiymət artımının doğuracağı nəticələrdən əziyyət çəkəcək, sosial durumu onsuz da ağır olan aztəminatlı ailələrin vəziyyəti bir az da ağırlaşacaq və bu həssas dönəmdə ölkədə gərginliyin artmasına səbəb olacaq.

Bu vaxta qədər nəqliyyatda qiymət artımı xidmətdə heç bir keyfiyyət dəyişikliyi yaratmamışdır. Buna görə də dövlət büdcəsindən subsidiya alan metroda və sərnişindaşımada şəffaflıq və hesabatlıq təmin edilməli, 1 sərnişinin daşınmasının maya dəyəri, onun məsrəf elementləri, səhmdar cəmiyyətlərinin gəlirləri və xərcləri barədə məlumatlar ictimaiyyət üçün açıqlanmalıdır.
VHP tələb edir ki, metroda və digər ictimai nəqliyyat vasitələrində gediş haqlarının qiymət artımının neqativ təsirlərini neytrallaşdırmaq üçün hökumət təcili aztəminatlı və ictimai nəqliyyatdan müntəzəm olaraq istifadə edənlərin xərclərinin tənzimlənməsi üçün qərarlar qəbul etməli, xüsusilə, tələbə və təqaüdçülər üçün ictimai nəqliyyatda və metroda istifadə ilə bağlı güzəştli kartlar hazırlanmalıdır. Göstərilən addımlar atılanadək Tarif Şurasının son qərarı qüvvəyə minməməlidir”.

pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Fazil Mustafa ikinci dəfə əməliyyat olunub- Yenilənib, Video

Ermənistan İran PUA-ları üçün hava məkanını açdı...- Bölgədə yeni müharibə?

2023-cü ildə bəxtləri ən çox gətirəcək 5 bürc

Bu avtomobillərin Azərbaycana gətirilməsinə icazə verilməyəcək

Yüz il qoşa atılan zərlər niyə qoşa düşmür? - “Dünya sənin, dünya mənim”in hekayəsi

Baş Narkotiklərlə Mübarizə İdarəsində yeni təyinat olub

"Siz Nailə İslamzadə, Leyla Quliyeva deyilsiniz" - Nazilədən Rövşanəyə

Yeni nəzarətə götürdüyümüz ərazilər – Xəritə

Prezidentin köməkçisi Fazil Mustafanı ziyarət edib

Prezident İlham Əliyev Fazil Mustafaya qarşı terror aktı ilə bağlı hüquq-mühafizə orqanlarına göstəriş verib

Ən çox oxunanalar