Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vəzifə verilən prokurorlar  

Prokurorluqda çalışan əməkdaşlar müntəzəm olaraq müxtəlif yüksək vəzifələrə təyinatlar alıblar. Hazırda bir neçə ali dövlət təsisatının rəhbəri, o cümlədən ədliyyə naziri və Ali Məhkəmənin sədri də sabiq prokurorlardır.

Qafqazinfo” xəbər verir ki, ədliyyə naziri Fikrət Məmmədov sabiq Sumqayıt şəhər prokuroru, Ali Məhkəmənin sədri Ramiz Rzayev isə sabiq hərbi prokuror olub. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev də bir müddət prokurorluq sistemində yüksək vəzifə tutaraq, uğurlu fəaliyyət göstərib.

Bundan əlavə, bu gün məhkəmə sistemində strateji əhəmiyyətə malik məhkəmə sədrlərinin bir neçəsi prokurorluq orqanlarında qulluq edib: Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev, Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Ağayev, bir neçə rayon (şəhər) məhkəmələrinin sədrləri və hakimləri. Həmçinin, Konstitusiya Məhkəməsinin də bir neçə hakimi, o cümlədən İsa Nəcəfov və Mahir Muradov da böyük nüfuza sahib olan prokurorlardan olublar.

Bundan əlavə, Dövlət Təhlükəsizliyi Xidmətinin bir neçə müavini, ədliyyə nazirinin bütün müavinləri, Prezident Administrasiyasının bir neçə sektor müdiri, Nazirlər Kabinetinin bir neçə şöbə müdiri və Milli Məclisin deputatı Əminə Ağazadə sabiq prokurorluq əməkdaşı olublar.

Qeyd edək ki, bir müddət öncə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin sabiq prokuroru Samir Mahmudov Prezident Administrasiyasının “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi”nin icraçı direktoru, sabiq Bakı şəhər prokuroru İlqar Abbasov isə Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsinə təyinat alıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

Rusiya əsirliyində nə qədər ukraynalı ölüb? - Ukrayna MN rəqəmləri açıqlayıb

Putin doğum günündə MDB liderləri ilə görüşəcək

SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb

Ən çox oxunanalar