Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Veysəloğlu” rəhbəri Aydın Talıbovla bağlı Prezidentə müraciət olundu – Video

Azərbaycanda Vətən müharibəsi iştirakçılarının, qazilərin, şəhid ailələrinin, aztəminatlı ailələrin sosial problemlərinin ictimailəşməsi ciddi şəkildə əngəllənir...

Bu maneəni yaradan qüvvələrin mütəşəkkil bir dəstə olduğu və qazilərin səsinin eşidilməsinə şərait yaradan KİV-lərə təzyis göstərdiyi bildirilir. Bu barədə Səngər TV rəhbəri Aqil Alışov Prezident İlham Əliyevə və hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciətdə açıqlayıb. Baş redaktor çıxışı zamanı bəyan edib ki, bu işin arxasında dayanan güc “Veysəloğlu” Şirkətlər Qrupudur. Ölkədə pərakəndə, topdansatış, logistika, idxal, distribusiya, istehsal sahələrində fəaliyyət göstərən şirkət öz sektorunda iş görməyi bir kənara qoyaraq mediaya basqı göstərir, maliyyələşdirdiyi mütəşəkkil qrupların əli ilə Səngər TV-ni hədələyir, onun fəaliyyətini dayandırmağa çalışır. A.Alışov deyib ki, şirkətin rəhbəri Aydın Talıbovdur və “Veysəloğlu” qazilərin susdurulması, problemlərinin dilə gətirilməməsi üçün həmin “qoçu dəstə”lərinə sponsorluq edir. Baş redaktor bildirib ki, rəhbəri olduğu Səngər TV-ni bloklamağa, yayımını dayandırmağa cəhd göstərilir. O, ölkə başçısından və hüquq-mühafizə orqanları rəhbərlərindən bu müraciət əsasında araşdırma aparılmasını xahiş edib. Maraqlıdır ki, “Veysəloğlu” şirkətinin işi qida sahəsində, digər xidmət sektorlarında fəaliyyət göstərmək olduğu halda, qazilərin problemlərinin işıqlanması bu şirkəti niyə narahat edir? Aydın Talıbov həmin dəstələri nə üçün maliyyələşdirir? Hər halda suallara aidiyyatı orqanlar daha aydın cavab tapacaqlar…

Poliqon.info


Etiket: Aydın Talıbov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb, 6 nəfər xəsarət alıb - Yenilənib

"Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib" - polkovnik Üzeyir Cəfərov 

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - Yenilənib

General Mayis Bərxudarov vəzifədən azad olunmasından danışdı

İşdən azad olunan şəxsin pensiyası yenidən necə hesablanır?

ARDNF-nin “Şahdəniz”in işlənməsindən gələn gəlirləri açıqlanıb

Porno model futbol matçının fasiləsində stadionda fanatı ilə sekslə məşğul olub

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay