Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vətəndaşın mülkiyyəti özgəsinin mülki kimi müsadirə olundu

Azərbaycan vətəndaşı Rəhim Məmmədtağı oğlu Axundov Bakı Ağır Cinayətlər Məhkəməsində ona qarşı baş verən əmlakın özgəninkiləşdirilməsinə etiraz edir. O, prezideent İlham Əliyevə, Ali Məhkəmənin sədri Ramiz Rzayevə və digər səlahiyyət sahiblərinə müraciət edərək baş verən qanunsuzluğun qarşısının alınmasının xahiş edib.

Rəhim Axundov müraciətində yazır:

Hörmətli cənablar,

Hamlet Ağa oğlu Hüseynov mülkiyyətində olan Xəzər rayonu, Buzovna qəsəbəsi, Usta Baba Pirməmməd küçəsi 14 ünvanında yerləşən qeyri yaşayış sahəsini 22 yanvar 2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən mənə satıb. Həmin alqı-satqı müqaviləsində Hamlet Hüseynovun əvəzinə Elmira Hüseyn qızı Şirinova imza edib. Mən səhlənkarlıq edib alqı-satqı müqaviləsi üzrə hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində sadəcə qeydə aldırmamışdım.

Əmlaka dair çıxarış almaq üçün 2019-cu ildə DƏDRX-nə müraciət etdikdə məlum oldu ki, mənə məxsus əmlakın üzərinə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin müstəntiqinin vəsatəti əsasında Binəqədi Rayon Məhkəməsinin 5(001)-358/2019 saylı 16 may 2019-cu il tarixli qərarı ilə həbs qoyulub. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciətindən sonra aydın oldu ki, Elmira Şirinovanın və Samir Nizami oğlu Quliyevin təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai istintaq dövründə müstəntiqin vəsatəti əsasında Binəqədi Rayon Məhkəməsinin qeyd olunan qərarı ilə səhvən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Usta Baba Pirməmməd küçəsi 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulub. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hamlet Ağa oğlu Hüseynova hər hansi ittiham elan edilməyib.

Əslində isə istintaq orqanı tərəfindən Elmira Şirinovaya aidiyyatı olmayan mənə məxsus qeyri-yaşayış sahəsi üzərinə həbs qoyulub.

Vətəndaş deyir ki, Baki Ağır Cinayətlər Məhkəməsindən ona məxsus əmlakın məhkəmə qarşısına çıxarılan şəxslərə aid olmadığını bildirib, 22 yanvar 2013-cü il tarixdə alqı-satqı müqaviləsi təqdim edib. Lakin məhkəmə buna əhəmiyyət verməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-130/2020 saylı, 16 Mart 2020-ci il tarixli hökmü ilə Elmira Şirinova məhkum olunub və .mülki iddiaların təmin edilməsi üçün cinayət işi üzrə üzərinə həbs qoyulmuş faktiki olaraq mənə məxsus olan Buzovna qəsəbəsi, Usta Baba Pirməmməd küçəsi 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbs qüvvədə saxlandı və Elmira Şirinovanın əmlakı kimi müsadirə edildi.

Vətəndaş deyir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1. maddəsinə əsasən Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

Eyni Məcllənin 146.2. maddəsinə əsasən Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

Axundov Rəhim Məmmədtağı oğlunun Xəzər rayonu, Buzovna qəsəbəsi, Usta Baba Pirməmməd küçəsi 14 ünvanında yerləşən qeyri-yaşayış ilə bağlı istifadə və sahiblik hüququ var.

Həmin ünvana həbs qoyulduğundan hazırda sərəncam verilmə hüququnu rəsmiləşdirə bilmir.
Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Usta Baba Pirməmməd küçəsi 14 ünvanında 0.42301 hektar torpaq sahəsində yerləşən 433,6 kv.m sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası mülkiyyət hüququ üzrə Hüseynov Hamlet Ağa oğlunun adına daşınmaz əmlakın Dövlət reyesterində 24 aprel 2007-ci il tarixdə qeydə alınmışdır.

Hüseynov Hamlet Ağa oğlu 22 yanvar 2010-cu il tarixdə Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontoru tərəfindən rəsmiləşdirilmiş alğı-satqı müqaviləsinə əsasən dəyəri tam şəkildə ödənilərək həmin əmlakı mənə satmışdır.

Cinayət Prosessual Məcəllənin 248.2-ci maddəsinə əsasən: “Həbs əmlakın nədən ibarət və kimdə olmasından asılı olmayaraq, təqsirləndirilən şəxsin, habelə üzərlərinə əmlak məsuliyyəti qoyula bilən şəxslərin əmlakı üzərinə qoyulur”. Artıq qeyd edildiyi kimi, sözü gedən əmlak təqsirləndirilən şəxsin əmlakı deyil və onun üzərinə həbs qoyulması üçün heç bir əsas mövcud deyil. Cinayət Prosessual Məcəllənin 248.3-cü maddəsinə istinadən: “Cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlak üzərinə həbs qoyulur”. Həmin əmlakın üzrəinə həbs qoyulmasına səbəb kimi, əmlakın əvvəlki mülkiyyətçisi olan Hüseynov Hamlet Ağa oğlunun onu cinayət yolu ilə əldə etməsi əsas göstərilir. Lakin artıq həmin əmlak özgəninkiləşdirilib, ona görə də həmin əmlakın üzərinə həbs qoyulması qanunsuzdur.

Bununla bağlı 19 iyun 2020-ci ildə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edilmidşir. Lakin Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi öz məktubu ilə məhkəməyə müraciət etməyimizi tövsiyə etmişdir.

Bakı Ağır Cinayətlər Məhkəməsi isə məktubla həmin iş üzrə 16 mart 2020-ci il tarixdə hökm çıxarıldığını bildirməklə kifayətləndirmişdir.

Sözü gədən əmlak barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-130/2020 saylı, 16 Mart 2020-ci il tarixli hökmü ilə tətbiq edilmiş cinayət hüquqi xarakterli digər tədbir – xüsusi müsadirə Azərbaycan Respublikası qanunvericiliyinin bir sıra normalarının tələblərinin kobud şəkildə pozuntusu hesab edilməlidir.

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Usta Baba Pirməmməd küçəsi 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsi yuxarıda da qeyd edildiyi kimi özgəninkiləşdirilib, o – yəni həmin əmlak artıq 9 (doqquz) ildir ki mülkiyyət hüquqi ilə birbaşa olaraq mənə məxsusdur və mənim mülkiyyətimdədir.

Əlavə olaraq əmlakın cinayət yolu ilə əldə olunması məsələsinə münsaibətdə qeyd etmək istərdik ki, bu əsasların heç biri nə əmlak özgəninkiləşdiriləndə, nə də ondan sonra mənə məlum olmuşdur.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin “vicdanlı əldə edən” adlı 182.1-ci maddəsinə əsasən isə:“Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır”.

“İnsan hüquqları və azadlıqları haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin (Ədalətli məhkəmə araşdırması) I bəndinə əsasən, Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir.

Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarında əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (“İnsan hüquqları haqqında bəyannamə”nin 1 7-ci maddəsi, «İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında» Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun l-ci maddəsi və s.)

Bakı Apelyasiya məhkəməsinin 9 fevral 2021-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

Həmin qərardan tərəfimdən kassasiya şikayəti verilmişdir. Hazırda iş Ali Məhkəməsinin icraatındadır.
Yuxarıda qeyd olunanlara əsasən sizdən xahiş edirəm ki, hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olan və mənim Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində nəzərdə tutulan mülkiyyət hüquqlarımın pozulması ilə bağlı olan işi nəzarət altına ala və qeyd olunan işlə bağlı obyektiv, qərəzsiz və ədalətli qərar qəbul edilməsini təmin edəsiniz.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar