Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vətən müharibəsinə həsr olunan internet-portalın təqdimatı keçirilib - Foto

Heydər Əliyev Mərkəzində www.44days.info portalı ictimaiyyətə təqdim olunub.

PİA.az xəbər verir ki, Vətən müharibəsinin xronikasının təqdim edildiyi portal Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanıb.

8 başlıqdan ibarət olan bu portal 44 günlük Vətən müharibəsinin salnaməsini azərbaycan, rus və ingilis dillərində izləyicilərə çatdırır.

Prezident İlham Əliyevin xalqa müraciətləri, dövlət başçısının müxtəlif beynəlxalq media qurumları və xəbər agentliklərinə müsahibələri, “Twitter” paylaşımları, videokonfransları, onlayn görüşləri, müxtəlif ölkələrin prezidentləri və rəsmiləri ilə telefon danışıqları, yerli və beynəlxalq qurumların, müxtəlif ölkələrin, təşkilatların nümayəndə heyətləri ilə keçirilən qəbullar, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəsmi açıqlamaları, xarici mediada Vətən müharibəsi ilə bağlı dərc edilən məqalələr, 44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı hücumlarla bağlı məlumatlar portalda öz əksini tapıb.

Portalın əsas səhifəsində Vətən müharibəsinin hər günü və Ermənistanın kapitulyasiyasını ifadə edən üçtərəfli bəyanat yer alıb. Müharibənin hər günü ayrıca bölmələrdə təqdim edilib, eləcə də həmin günə aid xarici mediada dərc edilən məlumatlar toplanıb.

Portalın “44 günlük müharibəyə gedən yol” başlıqlı bölməsində 2020-ci il iyul hadisələri xronoloji ardıcıllıqla əks olunub və “Müharibə niyə baş verdi?” başlıqlı təhlil təqdim edilib.

Daha sonra portalın “Mülki əhaliyə hücum” bölməsində isə Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun cəbhə boyu mövqelərinə intensiv zərbələr endirməklə yanaşı, Ağdam, Ağcəbədi, Bərdə, Füzuli, Gəncə, Goranboy, Tərtər və cəbhə xəttindən kənarda yerləşən digər şəhər və rayonlara endirdiyi raket zərbələri və artilleriya atəşi nəticəsində mülki əhalimizin öldürülməsi, onlara dəyən ziyanı əks etdirən məqalələr xronoloji ardıcıllıqla təqdim edilib.

Azərbaycan Ordusunun Vətən müharibəsindəki tarixi qələbəsi münasibətilə Bakıda keçirilən hərbi parad, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş Azərbaycan ərazilərinə etdiyi səfərlərin xronoloji ardıcıllığı, o cümlədən foto, video materiallar da sayt izləyicilərinə təqdim edilib.

Bundan əlavə, portalda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, hüquqi və siyasi aspektləri, işğal olunan ərazilərdə mədəni irs və təbii sərvətlərimizə qarşı ermənilər tərəfindən törədilmiş cinayətlər və Xocalı Soyqırımı ilə bağlı gerçəkləri özündə əks etdirən baza da öz əksini tapıb.

Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun şöbə müdiri Cəmil Əliyev qeyd edib ki, portal Vətən müharibəsi barədə məlumatların geniş kütləyə çatdırılmasında mühüm mənbələrdən biri olacaq.

Saytın işçi qrupunun üzvü Şamxal Əbilov bildirib ki, saytın geniş ictimaiyyətə çatdırılması üçün bir sıra təqdimatlar da nəzərdə tutulur.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanla COP29, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında Anlaşma Memorandumu təsdiqlənib

Xalq artisti Emin Ağalarov Kürdəxanıda yaşayış binaları tikəcək

Azərbaycanda televiziya kanalına yeni rəhbər təyin olundu

Bakıda məşhur restoran gecəyarısı qarət edildi: Dəyərli əşyalar oğurlanıb

Fransanın energetika naziri COP29-öncəsi müzakirələr üçün Bakıya gəlib

Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti

Türkiyədə növbədənkənar prezident seçkiləri 2027-ci ilin ortasından sonra müzakirə oluna bilər

Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünün sülh yolu ilə bərpası tamamilə mümkündür

Yeddi bürc üçün yeni qapılar açılmaq üzrədir

Ən çox oxunanalar