Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vətən Müharibəsi Qəhrəmanının büstü hazırlandı - Fotolar

Azərbaycan Silahlı Qüvvələrinin şəhid olmuş mayoru, Vətən müharibəsi qəhrəmanı Amid Heydərovun büstü hazırlanıb.

PİA.az xəbər verir ki, abidənin müəllifi Azərbaycan Rəssamlıq Akademiyasının müəllimi Rahib Qarayevdir.

R.Qarayev "Report"a açıqlamasında bildirib ki, büstün hazırlanması şəhidin ailəsi tərəfindən sifariş edilib. Onun sözlərinə görə, abidə şəhidin dəfn olunduğu Lerik şəhərində ucaldılacaq.

Müəllif büstü təmənnasız hazırladığını bildirib.

Azərbaycan xalqının igid övladlarının obrazlarını yaradaraq, onların xatirəsini əbədiləşdirməyi özünə mənəvi borc bilən heykəltəraş deyib ki, bundan sonra da şəhidlərin heykəl və büstlərini böyük fəxr hissi ilə təmənnasız hazırlamağa davam edəcək.

Qeyd edək ki, R.Qarayev bir çox şəhidin xatirəsinə ucaldılmış abidənin, həmçinin Bakının Nərimanov rayonunda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə ucaldılmış heykəlin müəlliflərindən biridir. O, eləcə də Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun büstünü, Birinci Qarabağ müharibəsi qəhrəmanlarından Hakim Həsənovun və Rövşən Nəbiyevin büst və heykəlini hazırlayıb.

Xatırladaq ki, Amid Rəbbil oğlu Heydərov 1988-ci il mayın 20-də Lerik şəhərində anadan olub. O, Cəmşid Naxçıvanski adına Hərbi Məktəbi bitirib. Daha sonra isə təhsilini Heydər Əliyev adına Ali Hərbi Məktəbində davam etdirib və hərb sənətinin sirlərinə mükəmməl yiyələnərək tankçı olub.

Mayor Amid Heydərov 2020-ci il sentyabrın 27-dən başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, oktyabrın 3-də Cəbrayıl döyüşləri zamanı qəhrəmancasına şəhid olub və Lerik şəhərində dəfn olunub.

A.Heydərov ölümündən sonra Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Şəhid mayor həmçinin dövlət başçısının sərəncamı ilə "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib. (Report)

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar