Şənbə, 12 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vatikan Rusiya və Ukrayna üçün danışıqlar masası təklif etməyə hazırdır

“Vatikan diplomatik kanallar vasitəsilə Moskva ilə əlaqəni dəstəkləyir, tərəflərdən sülh yolu tapmaq təklifi gələrsə, Ukrayna və Rusiya üçün danışıqlar masası təklif etməyə hazırdır”...

PİA.az xəbər verir ki, bunu “Mediaset - Tgcom24” kanalına müsahibəsində Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Gallager deyib.

“Biz Moskvadakı Apostol nunsisi və Rusiyanın Müqəddəs Taxt-tacdakı səfiri vasitəsilə normal diplomatik əlaqələr saxlayırıq. Deməliyəm ki, bu kanallar işləkdir, xüsusən də məhbusların mübadiləsi zamanı faydalıdır. Ancaq başqa heç nə yoxdur, bizim Ukrayna hakimiyyəti ilə daha çox əlaqəmiz var” - deyə, o bildirib.

Onun sözlərinə görə, həm Müqəddəs Taxt-tac, həm də şəxsən Papa əvvəldən Rusiya ilə Ukrayna arasında mövcud münaqişənin nizamlanmasında vasitəçiliyə hazır idilər:

“Lakin konkret cavab yox idi. Tarixən keçmişdə etdiyimiz kimi imkanlarımıza və məkanlarımıza ehtiyac varsa, təklif tərəflərdən sülh yolu, dialoq axtarışı ruhunda gəlsəydi, Papa danışıqları qəbul edərdi”.

O, həmçinin Müqəddəs Taxt-Tac adından tərəflərə müraciət edib ki, xalqların fəryadı, iztirabları dinlənsin və münaqişəyə son qoymaq üçün mümkün qədər tez dialoqa qayıtmaq fürsətindən istifadə etsinlər.

pia.az


Etiket: Rusiya Ukrayna

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti

Xudatda baş verən qəzada ölən və yaralananların kimliyi məlum olub - Yenilənib 

Risk: “Unibank” bu həftə 501 müştərisi ilə bağlı məhkəməyə müraciət edib...

Bakıda iqlim və inkişaf üzrə nazirlərin görüşü keçirilir

Cəbhədə nə baş verir? - Rusiya ağır itkilər verir, Ukrayna əraziləri tədricən təslim edir...

Araik Arutyunyan, Davit Babayan və digərlərinin həbs müddəti uzadılıb

Maliyyə Nazirliyinin şöbə müdiri işdən çıxdı - Foto

Kobaxidze: Zurabişvilinin dekabrın əvvəlində impiçment yolu ilə vəzifədən kənarlaşdırılması baş verəcək

Fəaliyyətini dayandıran “Xaliq Faiqoğlu” necə sərnişindaşıma xidməti göstərir? – Müəmma

Ən çox oxunanalar