Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vaşinqtonla Moskva arasında gizli kanal... - ABŞ Rusiyaya “yeni referendum” təklif edib?

Moskva ilə “gizli danışıqların” iştirakçısı işğal olunmuş vilayətlərdə yeni referendumların keçirilməsi ilə bağlı “Vaşinqtonun təklifindən” danışıb...

Keçmiş ABŞ rəsmiləri ilə Moskvada yüksək rütbəli məmurlar arasında qeyri-rəsmi danışıqlarda Vaşinqton Rusiyaya Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində yeni, ədalətli referendumların keçirilməsinə kömək etməyi təklif edib.

Polioqn xəbər verir ki, bu barədə amerikalı müzakirəçi Rusiyanın The Moscow Times qəzetinə bildirib. Qəzet yazır ki, belə bir təklif, əgər rəsmi Vaşinqton tərəfindən edilərsə, Amerika hakimiyyətinin qeyri-müəyyən dəstək vəd etdiyi ABŞ və Ukrayna arasında gərginlik yarada bilər. Bununla belə, Ağ Evin əvvəlki açıqlamaları ABŞRusiya arasında bu kommunikasiya kanalının məqsədinin fərqli ola biləcəyini göstərir.

Nəşrin həmsöhbətinin sözlərinə görə, Vaşinqton yeni referendumda işğal olunmuş ərazilərin sakinlərinə Rusiyanın, yoxsa Ukraynanın tərkibində olmaq istədiklərini soruşmağı təklif edib. Rusiya tərəfi bu təklifi rədd edib.

“Keçmiş Amerika diplomatları ilə Rusiya rəsmiləri arasında təmaslar ayda ən azı iki dəfə olur”, deyə mənbə bildirib. Bu təmaslar daha çox onlayn olur, lakin The Moscow Times-ın mənbəsi qeyd edib ki, o, ən azı üç ayda bir dəfə Moskvaya səfər edir.

Nəşrin mənbəsinin bildirdiyinə görə, danışıqlar zamanı, məlum olub ki, Ukraynanın işğal olunmuş əraziləri geri qaytarmaq şansları çox azdır. Mənbə deyir ki, Krımı itirmək riski, demək olar ki, Moskvanı taktiki nüvə silahından istifadə etməyə təhrik edəcək.

“Danışıqlar zamanı ABŞ rəsmiləri Rusiya rəsmilərini əmin ediblər ki, Vaşinqtonun sabitliyi qoruyub saxlaya biləcək kifayət qədər güclü Rusiyaya ehtiyacı var”,deyə müzakirəçi bildirib. Eyni zamanda, o vurğulayıb ki, Vaşinqton da Ukraynanı tərk etmir:

“Əksinə, biz RusiyaAvropa təhlükəsizliyində daha təsirli oyunçu kimi geri qaytarmaqla Ukraynanın müstəqilliyinə zəmanət vermək yollarını tapmaq istəyirik”, deyə mənbə vurğulayıb.

Mənbənin sözlərinə görə, Amerika tərəfi Rusiyaya bir neçə istiqamətdə, ABŞ, Avropa İttifaqı, Ukrayna və Qlobal cənubla diplomatik kanal yaratmağı təklif edib.

Mənbə qeyd edib ki, Rusiya tərəfi buna cavab olaraq Kremlin mövqeyini formalaşdıra bilməyib: “Onlar qələbə və ya məğlubiyyəti necə müəyyənləşdirəcəklərini bilmirlər”, deyə mənbə qeyd edib. Onun sözlərinə görə, Rusiya elitasının bəzi nümayəndələri hətta müharibəni səhv adlandırıblar.

“Bununla belə, müharibə artıq gedir və alçaldıcı məğlubiyyət Moskva üçün seçim deyil”, deyə mənbə bildirib.

Qəzetin mənbəsi hesab edir ki, indi danışıqlar dalana dirənib. “Putin bütün tərəqqiyə əsas maneədir”, deyə mənbə qeyd edib. Onun sözlərinə görə, Ağ Ev ən azı bir dəfə Kremllə danışıqlar aparmağa cəhd edib, lakin Putin bundan imtina edib.

The Moscow Times öz mənbəsinin adını çəkəsə də, lakin amerikalı jurnalist Yulia Yoffe (The Washington Post, Forbes, Politico-da dərc olunub) bu şəxsin Corc Buşun Rusiya üzrə keçmiş müşaviri, politoloq Tomas Qrem ola biləcəyini irəli sürüb. Mariya Zaxarova Sergey Lavrovun Qremin də daxil olduğu Xarici Əlaqələr Şurasının üzvləri ilə görüşü barədə məlumat verib.

Qəzetin nəşrini şərh edən London Kral Kollecinin Rusiya İnstitutunun direktoru Sem Qrin yazıb ki, o, ABŞRusiyanın belə kommunikasiya kanallarına ehtiyac duyduğuna şübhə etmir, lakin onlardan danışıqlar üçün deyil, sadəcə olaraq ekstrimal vəziyyətlər ümün istifadə edir. Bu həm də məlumat toplamaq üçün alətdir.

Rusiyanın Cenevrədəki BMT-dəki missiyasının keçmiş müşaviri Boris Bondarev yazıb ki, Vaşinqton bu cür danışıqların nəticəsi üçün ümid və təsəlli verə bilər, lakin sonda Moskva tərəfindən aldandığını görəcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

Ən çox oxunanalar