Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vasif Talıbov iftar süfrəsi açdı


İyunun 14-də Naxçıvanda iftar süfrəsi açılıb


İftar mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin “Dini dəyərlər hər bir cəmiyyətin siyasi, iqtisadi, sosial və mədəni inkişafı üçün möhkəm zəmin yaradan mənəvi keyfiyyətlər formalaşdırır” fikrini xatırladaraq deyib: 

"Azərbaycan xalqı əsrlər boyu zəngin dini-mənəvi dəyərlər sistemi yaratmış, bəşər mədəniyyətinə böyük töhfələr vermişdir. Ramazan ayı da milli-mənəvi həmrəyliyin və humanizmin təntənəsini nümayiş etdirən ən ali dini dəyərimizdən biridir. Müqəddəs “Qurani-Kərim”in insanlara çatdırıldığı bu ayın ən böyük fəziləti sülhə, əmin-amanlığa və savab işlərə çağırışdır”.

“2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunmuş Naxçıvanda həmişə olduğu kimi, bu gün də dini-mənəvi dəyərlərimizə hörmətlə yanaşılır. Bugünkü iftar süfrəsi də xoş niyyətin, dini-mənəvi dəyərlərimizə hörmətin və birliyin ifadəsidir”, – deyən Ali Məclisin Sədri müqəddəs Ramazan ayında niyyətlərin və duaların qəbul olunmasını arzulayıb.

Mərasimdə “Qurani-Kərim”dən ayələr oxunub, dualar edilib.

Həmin gün Naxçıvan Muxtar Respublikası Ağciyər və Psixi xəstəliklər dispanserlərində, Naxçıvan Muxtar Respublikası Onkoloji və Yoluxucu Xəstəliklər mərkəzlərində, eləcə də Hərbi hospitalda müalicə alan xəstələr üçün də iftar süfrələri açılıb. (azərtac)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb   

Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb, Gürcüstanın Baş naziri ABŞ-a getməyib

Ən çox oxunanalar