Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Vaqner qrupu”nun Rusiya hakimiyyəti ilə çoxşaxəli əlaqələri…

2015-ci ildə “Vaqner qrupu”nun yaradıcısı Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyi üçün səkkiz yük gəmisi alıb…

Poliqon.info xəbər verir ki, bu barədə Politico əldə etdiyi sənədlərə görə məlumat yayıb. Nəşr yazır ki, bu sənədlər Yevgeni Priqojinin biznes strukturları ilə Rusiya hakimiyyəti arasında əvvəllər düşünüldüyündən daha ciddi əlaqədən xəbər verir.

Politico qeyd edir ki, bu sövdələşmə haqqında Priqojinin müdafiə naziri Sergey Şoyquya yazdığı məktubda bildirilir. Nəşr bu yazışmaların məzmununu necə öyrəndiyini açıqlamır, lakin onun mənbələrinin ümumi təsvirini verir: bunlar sənədlər və rəsmilər arasında rəsmi yazışmalardır (bəlkə də söhbət diplomatların müxtəlif ölkələrdən göndərdiyi hesabatlardan gedir).

Priqojin məktubunda yazır ki, 2015-ci ildə Kreml Müdafiə Nazirliyi üçün səkkiz yük gəmisi almağı tapşırıb. Priqojinin dörd şirkəti bu gəmiləri alıb, onları Novorossiysk limanına çatdırıb. Məktubda Özəl Hərbi Şirkətin təsisçisinin yazər ki, gəmilər gömrükdən keçməlidir və o, Şoyqudan bu işdə kömək etməsini xahiş edir.

Nəşr yazır ki, sövdələşmədə iştirak edən şirkətlərdən ən azı biri əvvəllər Priqojin tərəfindən istifadə edilib. Xüsusilə, bu şirkətlərdən birində “Vaqner qrupu”nun qurucusu ilə əlaqəli şəxsi təyyarə qeydiyyata alınıb.
Poloitico-nun əlinə keçən bir neçə sənəd göstərir ki, Suriyada ÖHŞ öz işini xüsusi xidmət orqanları, yəni FTX ilə əlaqələndirib. Bundan əlavə, sənədlərdən məlum olub ki, Priqojinin sanksiyalar altında olan şirkətləri Qərbdə alışlar həyata keçirir. Xüsusilə, ÖHŞ Hollandiyadakı “Mitsubishi” dilerindən bir neçə avtomobil alıb.

Nəşrin əldə etdiyi sənədlərə görə, 2018-ci ildə Priqojin prezident seçkiləri ilə bağlı təbliğat kampaniyasına da başlayıb. 2018-ci il martın 17-dən 19-na kimi “Patriot” media qrupuna aid 7 xəbər orqanı Putinin imicini gücləndirmək və seçkiyə buraxılmayan Navalnıya qarayaxma kampaniyası aparmaq üçün istifadə edilib. Məsələn, nəşrlərə Putinin “öz ölkəsi və vətəndaşları üçün çox şey etdiyini” söyləyəcək “ekspertlər”i dəvət etmək tapşırılıb. Jurnalistlərdən seçki məntəqələrində problemlərlə bağlı yazılardan çəkinmələri xahiş olunub. Politico yazır ki, Navalnının səsvermənin nəticələrini manipulyasiya etməyə çalışdığı barədə həmin nəşrlərdə məlumatlar yer alıb.

2020-ci ildə Vaqner ÖHŞ Meksikada ofis açmağı planlaşdırırıb. Nəşr ehtimal edir ki, pandemiya bu planları ləngidib və ya tamamilə layihədən tamamilə imtina edilib.

Qrup Estoniyada da işləməyə çalışıb, məqsədi ictimai rəyə təsir etmək və NATO-ya etimadsızlıq yaratmaq olub. Sənədlərin birinə görə, Priqojinin strukturu 2019-cu il Avropa Parlamentinə seçkilər ərəfəsində mühafizəkar EKRE partiyasına dəstək verməyi planlaşdırırıb. Bununla belə, təqdim olunan planın “Vaqner” tərəfindən həyata keçirilib-keçirilmədiyi bəlli deyil.

Adətən Putin Priqojin haqqında sıravi vətəndaş, Rusiya hakimiyyəti ilə heç bir əlaqəsi olmayan iş adamı kimi danışır. Putin 2018-ci ildə NBC televiziyasına müsahibəsində belə demişdi: “Belə bir iş adamı var, o, restoran biznesi ilə məşğuldur, ya da başqa bir şeylə. Başa düşürsünüz, o, dövlət məmuru deyil, bizim onunla işimiz yoxdur”.

ÖHŞ Krasnodar diyarındakı Molkino poliqonundan istifadə edir. Politico yazır ki, “Vaqner qrupu” bu bazanı QRU-nun onuncu ayrıca xüsusi təyinatlı briqadası ilə bölüşür.

Qeyd edək ki,yanvarın sonunda Vaşinqton “Vaqner” ÖHŞ-ni transmilli cinayət təşkilatı kimi tanıyıb.

Tərcümə Poliqon-a aiddir

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Ən çox oxunanalar