Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vaqif Səmədoğlu üzr istədi


Heç bir çərçivəyə sığışmayan Azərbaycanın böyük şairi bu dəfə də çərçivəyə sığışmadı və muzeydə siqareti-siqaretə calayıb yaradıcılıq gecəsini izlədi


Amma buna görə görüşünə gələn insanlardan dəfələrlə üzr də istədi: 

“Dönə-dönə sizdən üzr istəyirəm. Mən ağır xəstəliyə düçar olmuşam və mədəmdə baş verən diskomfortla əlaqədar siqaret çəkməyə məcburam. Çünki həkimim belə məsləhət verib. İndi qarşınızda və dahi Nizaminin adını daşıyan bu məbəddə siqaret çəkdiyim üçün məni bağışlayın”.

Məhz həmin məbəddə böyük şair Vaqif Səmədoğlu ilə üz-üzə və göz-gözə idik… 
 
Bu gün  AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində tanınmış şair və ictimai xadim, xalq şairi, “Şərəf” ordenli Vaqif Səmədoğlunun 75 illiyinə həsr edilmiş ədəbi-bədii gecə keçirildi.
 
Tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələrinin qatıldığı  tədbiri giriş sözü ilə açan AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin deputatı, Rafael Hüseynov şairin zəngin həyat yolu və ədəbi fəaliyyətindən bəhs edib.
R.Hüseynov şeirimizə yeni poetik təfəkkür gətirən V.Səmədoğlunu 75 illik yubileyi münasibətilə təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıb.
 
Tədbir çərçivəsində, həmçinin yubilyarın ingilis dilində nəşr edilmiş seçmə şeirlerindən ibarət toplusunun da təqdimat mərasimi keçirilib.
Bəstəkar Faiq Sücəddinov, Ramiz Rövşən, rejissor Ramiz Həsənoğlu, xalq artisti Fuad Poladov və digərləri Vaqif Səmədoğlu, onun yaradıcılığı haqqında düşüncələrini bölüşüb.
 
Şairin ömür və sənət yolundan bəhs edən, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin “Ədəbi salnamə” yaradıcılıq studiyası tərəfindən hazırlanmış slayd-şou nümayiş etdirilib, Cavanşir Quliyevin V. Səmədoğlunun sözlərinə bəstələdiyi yeni nəğmə ilk dəfə təqdim olunub.(publika.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Ən çox oxunanalar