Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vahid Əhmədov: “Bu artıq stressdir”


“Təhsil haqqında” qanuna edilmiş dəyişikliyə görə, Azərbaycanda müəllimlər və digər təhsil verənlər sertifikasiyaya cəlb olunacaq


Qanun layihəsində göstərilib ki, sertifikasiya – dövlət ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurudur.

Təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik olan təhsilverənlər peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə 5 ildən bir sertifikasiyaya cəlb olunacaqlar.

Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası keçirilirməyəcək.

Qanun layihəsi iyunun 12-də Milli Məclisin plenar iclasında müzakirə olundu. Ancaq bəzi deputatlar “Təhsil haqqında” qanunda çatışmazlıqlar olduğunu bildirdilər və qanunun yenidən hazırlanmasını təklif etdilər.

Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini üzvü Vahid Əhmədov Modern.az-a açıqlama verib.

Deputat bildirib ki, guya təhsil sahəsində müəyyən islahatlar aparılır.

“Və bu islahatların nəticəsidir ki, bütün müəllimlər sertifikat almalıdırlar. Əlbəttə, bu artıq stressdir. Özü də sertifikasiya 5 ildən bir keçiriləcək. Belə çıxır ki, müəllimlər stressi yenidən yaşamalıdırlar. Azərbaycanda kifayət qədər təcrübəli müəllim var. Onların yüksək maaşları yoxdur. Dağ kəndlərində işləyən müəllimlərimiz var. Cənab prezident tərəfindən müəllimlərə xüsusi diqqət və qayğı göstərilir”.

Vahid Əhmədov hesab edir ki, müəllimlərin sertifikasiyadan keçmə məsələsini müəyyən müddətə saxlamaq lazım idi.

“Hər müəllim buna hazır deyil axı. Hər dəfə müəllim imtahana gedəndə həyəcan keçirir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Ən çox oxunanalar