Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ÜST: Hipertoniya dərmanları 76 milyon insanın həyatını xilas edə bilər

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni hesabatına görə, qan təzyiqini salmaq üçün nəzərdə tutulan dərmanların əhali arasında yayılması 2023-2050-ci illər arasında 76 milyon insanın həyatını xilas edə bilər...

Bu barədə ÜST-ün saytında məlumat verilib.

Qeyd olunub ki, dünyada hər üç yetkin insandan biri hipertoniya (yükzək təzyiq) xəstəliyindən əziyyət çəkir və o, insult, infarkt, ürək çatışmazlığı, böyrəklərin zədələnməsi və digər sağlamlıq problemlərinə səbəb ola bilər.

1990-2019-cu illər arasında hipertoniya ilə yaşayan insanların sayı iki dəfə artaraq 650 milyondan 1,3 milyarda çatıb. Bu insanların əksəriyyəti aşağı və orta gəlirli ölkələrdə yaşayır və yüksək qan təzyiqi olan hər beş xəstədən dördünün müalicə almaq imkanı yoxdur. Hipertoniya dərmanları ilə müalicə olunan xəstələrin sayının inkişaf etmiş ölkələrin səviyyəsinə uyğun artırılması həm də 2050-ci ilə qədər 79 milyon infarktın və 17 milyon ürək çatışmazlığı halının qarşısını ala bilər.

ÜST-ün hesabatında vurğulanır ki, hipertoniyanın profilaktikası, erkən aşkarlanması və effektiv müalicəsi ictimai səhiyyənin ən təsirli tədbirləri sırasındadır və iqtisadi faydası xərcləri təxminən 18 dəfə üstələyir.

ÜST həmçinin vurğulayır ki, həyat tərzinin dəyişdirilməsi hipertoniyanın qarşısını ala və ya onu zəiflədə bilər. Bunlara sağlam qidalanma, duz qəbulunu azaltmaq, tütündən, alkoqoldan imtina etmək və müntəzəm fiziki aktivlik daxildir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar