Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Uşaqlara necə telefonlar alınmalıdır?

Müasir zamanda insanları telefonsuz təsəvvür etmək olmur. Hətta artıq uşaqlarda, məktəblilərdə də bu cihazı görmək mümkündür

Uşaqların bəziləri əyləncə, bəziləri isə dərsləri və özünün inkişaf üçün smartfonlardan istifadə edirlər. Nə qədər məsləhət görülməsə də, azyaşlıların telefondan istifadəsi qaçınılmazdır.

Bəs, valideynlər uşaqlarına necə telefon almalıdırlar?

PİA.az Lent.az-a istinadən bildirir ki, uşaqlara ilk növbədə hansı məqsədlə telefon alacağınıza qərar verməlisiniz.

Sonra həm büdcənizə uyğun, həm də funksional  özəllikləri baxımından keyfiyyətli seçim etməlisiniz.  

Uşağa ancaq ünsiyyət üçün telefon almağı planlaşdırırsınızsa, bunun üçün sadə bir cihaz seçin. Hətta düyməli olan smartfonlar daha məsləhətlidir. Yox, əgər oyunlar və proqramlar üçün istəyirsinizsə, bu zaman xüsusiyyətlərinə, əsasən də güclü batareyaya malik bir telefon almağınız vacibdir.

Seçim edərkən uşağın yaşına baxmaq lazımdır. Müasir cihazların diaqonalı 5 düymdən böyük olur. 10 yaşından kiçik uşaq belə bir smartfondan istifadə etməsi çətindir. Çünki bu cihazlar onların əl ölçüsünə uyğun gəlmir. Belə halda azyaşlılar tez-tez telefonu əlindən sala bilər.  

Buna görə bu  yaşdakı uşaqlara kiçik ölçülü telefonlar almağınız tövsiyə edilir. Böyük diaqonallı smartfonlar daha çox orta məktəb şagirdləri üçün əlverişli hesab olunur.

Onu da qeyd edək ki, uşaqlara bahalı telefonların alınması qətiyyən məsləhət görülmür. Buna səbəb onların telefondan düzgün istifadə etməməsi, çoxsaylı oyunların smartfona yüklənməsidir.

pia.az 


 
 


Etiket: Telefon


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Azərenerji” nin prezidenti Balababa Rzayevə şiddətli töhmət elan edilib

“Şöhrət” ordeni ilə təltif edilən Sabir Hacıyev kimdir? - Dosye

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda-qərargah təlimi başa çatıb

Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? 

"Komedixana"nın aktrisasının aktyorlarla rəqsi diqqət çəkdi - Video

İsralin Bunkerə endirdiyi zərbələr nəticəsində Haşim Safiəddindən xəbər yoxdur

Rayon rəhbəri şəhid anasını 50 illik yubileyi münasibəti ilə ziyarət edib

Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir

7 evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb - Video

Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək

MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay