Bazar ertəsi, 07 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Uşaqlara həkim təyinatı olmadan vitamin qəbul etdirmək...

Payız və qış fəslində, yəni soyuq aylarda immunitet zəifləməyə başlayır. Eyni zamanda, məktəblərin və bir sıra iri ticarət mərkəzlərinin açılışı, bağçalarda kütləviliyin artması infeksiya ilə xəstələnmənin sayına təsir göstərib. Nəzərə almaq lazımdır ki, uşaqların güclü immun sisteminə malik olması üçün düzgün və sağlam qidalanmaları mütləqdir. Körpələr mümkün qədər ana südü ilə qidalandırılmalı, böyüklər isə balanslaşdırılmış qidalardan yararlanmalıdırlar. Həmçinin kiçik yaşlı uşaqların təmiz havada olması olduqca faydalıdır.

PİA.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova nazirliyin instaqram hesabında canlı yayımda çıxışı zamanı deyib.

Mütəxəssis bildirib ki, həkim məsləhəti olmadan uşaqlara vitamin verilməsi düzgün yanaşma deyil: "Həkim təyinatı olmadan uşaqların vitamin qəbul etməsi müxtəlif fəsadlara səbəb ola bilər. Valideynlər vitamin verməklə övladlarının immun sistemini gücləndirə biləcəklərini düşünürlər. Lakin bəzi vitaminlər orqanizmə yüklənib qalır və nəticədə ciddi fəsadlara səbəb olur. Uşaqlarda mütəmadi müşahidə edilən mədə-bağırsaq pozuntularının başlıca səbəblərindən biri məhz budur. Misal üçün, mədənin qastrit xəstəliyi adətən həkim resepti olmadan qəbul edilmiş vitaminlərdən qaynaqlanır".

A.Zeynalovanın dediyinə görə, son illər uşaqlar arasında mədə-bağırsaq sistemi xəstəliklərinin yayılması halları artıb: "Belə ki, 0-13 yaş arasında olan uşaqlarda mədə-bağırsaq sistemi xəstəlikləri 2010-cu ildə 35 min 954 sayda idisə, ötən il bu göstərici 42 min 490 olub. Yəni, rəqəmlərdən də göründüyü kimi uşaqlar arasında mədə-bağırsaq xəstəliklərində artım var. Eyni zamanda, 2010-cu ilin statistikasına əsasən, 13-18 yaşlı uşaqlarda həmin xəstəliklər üzrə göstərici 45 min təşkil edirdisə, 2020-ci ildə 57 min 592-ə çatıb. Mədə-bağırsaq sistemi xəstəliklərinin artmasına səbəb düzgün həyat tərzinin təbliğ edilməməsi və qeyri-düzgün qidalanmadır. Uşağa yalnız yeyə biləcəyi miqdarda yemək vermək, onun üçün düzgün və planlaşdırılmış qida rasionu tətbiq etmək lazımdır".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb

Dünyanın ən yüksək maaş alan dövlət başçılarının adları açıqlanıb

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib

"Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib" - polkovnik Üzeyir Cəfərov 

General Mayis Bərxudarov vəzifədən azad olunmasından danışdı

Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb, 6 nəfər xəsarət alıb - Yenilənib

Porno model futbol matçının fasiləsində stadionda fanatı ilə sekslə məşğul olub

Bakıda hərbi qaydaların idarə olunması ilə bağlı yüksək səviyyəli seminar keçirilir

“Baktelecom” qurumdan internet almayanların telefonunu kəsir – Bu nədir, zorbalıq, yoxsa...

Kuba BRICS-də tərəfdaş statusu almaq üçün müraciət edib

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - Yenilənib

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay