Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Üsamə Bin Ladeni öldürən ABŞ əsgəri: Təslim olmadı, başına iki dəfə atəş açdım...

Bu günlərdə Bin Ladeni öldürən amerikalı əsgər açıqlama verib. Rob O'Neill adlı əsgər ABŞ-da ən çox axtarılan adamı necə öldürdüyündən danışıb…

ABŞ tarixinin ən böyük terror aktı hesab olunan 2001-ci il sentyabrın 11-də baş verdi. Bu hücumlar təkcə Amerika üçün deyil, bütün dünya üçün əsrin ən travmatik hadisələrindən birinə çevrildi. ABŞ-ın şərq sahillərində uçan dörd təyyarə bir-birinə bağlı şəxslərdən ibarət kiçik qrup tərəfindən eyni vaxtda qaçırıldı. Daha sonra terrorçular bu təyyarələri idarə olunan raketlər kimi Nyu York və Vaşinqtonun simvolik binalarına çırpmaq üçün istifadə etdilər.

Təyyarələrdən ikisi Nyu Yorkdakı Dünya Ticarət Mərkəzinin binaları olan Əkiz Qüllələri hədəfə aldı. Birinci təyyarə yerli vaxtla 08:46-da Şimal Qülləsinə, ikincisi isə 09:03-də Cənub Qülləsinə çırpıldı.

Binalar yanmağa başlayanda yuxarı mərtəbələrdə işləyən insanlar qapalı vəziyyətdə qaldı, şəhəri qalın tüstü təbəqəsi bürüdü. İki saatdan az vaxt ərzində 110 mərtəbəli iki göydələn çökdü və nəhəng toz buludu əmələ gəldi.

Saat 09:37-də üçüncü təyyarə paytaxt Vaşinqton yaxınlığında ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasının qərb hissəsinə çırpıldı.

Dördüncü təyyarə sərnişinlərin müdaxiləsi ilə saat 10.03-də Pensilvaniyada açıq ərazidə qəzaya uğradı. Müdaxilə olmasaydı, terrorçuların bu təyyarə ilə paytaxtdakı Konqres binasını hədəfə alacağı ehtimal edilirdi.

Hücumlarda ümumilikdə 2977 nəfər (Təyyarələri qaçıran 19 nəfərdən başqa) həyatını itirib. Onların əksəriyyəti Nyu Yorkda həlak olub. Qaçırılan dörd təyyarədəki 246 sərnişin və ekipaj üzvlərinin hamısı ölüb.

Əkiz Qüllələrdə 2606 nəfər zərbədən və ya sonradan aldığı xəsarətlərdən ölüb. Pentaqonda 125 nəfər terrorun qurbanı olub. Ölənlərdən ən kiçiyi anası Sue və atası Piterlə təyyarədə olan iki yaşlı sərnişin Kristin Li Hanson idi.

Hücumlara görə məsuliyyəti Əfqanıstanda fəaliyyət göstərən "Əl-Qaidə" terror təşkilatı öz üzərinə götürüb. Usamə bin Ladenin rəhbərlik etdiyi “Əl-Qaidə” müsəlman ölkələrindəki müharibə və münaqişələrdə ABŞ və müttəfiqlərini günahlandırırdı. Hücumlarda ümumilikdə 19 nəfər iştirak edib.

Onlar hər biri beş nəfərdən ibarət üç qrupda sərnişin kimi təyyarələrə miniblər. Pensilvaniyada qəzaya uğrayan təyyarədə dörd nəfərlik ekipaj olub. Hər qrupda pilot təhsili almış bir nəfər olub. Onlar bu təlimləri ABŞ-da uçuş məktəblərində alıblar.

Hücum edənlərdən 15-i Bin Laden kimi Səudiyyə Ərəbistanından, ikisi Birləşmiş Ərəb Əmirliklərindən, biri Misirdən və biri Livandan olub.

Hücumlardan bir ay keçməmiş Əfqanıstan o zamankı prezident Corc Buşun rəhbərliyi və koalisiya qüvvələrinin dəstəyi ilə işğal olundu. Məqsəd “Əl-Qaidə”ni məhv etmək və təşkilatın qurucusu Usamə Bin Ladeni ələ keçirmək idi. Amma yalnız 2011-ci ildə ABŞ əsgərləri Bin Ladenin Əfqanıstanla həmsərhəd olan Pakistanda olduğunu müəyyənləşdirə bildi.

“Neptunun nizəsi” adlı əməliyyat mayın 1-dən mayın 2-nə keçən gecənin ilk dəqiqələrində ABŞ ordusuna aid iki helikopterin Əfqanıstandan havaya qalxaraq Pakistan ərazisinə çox aşağı hündürlükdən daxil olması ilə başladı. Ümumilikdə təxminən 40 dəqiqə davam edən əməliyyat nəticəsində Usamə Bin Laden öldürüldü. ABŞ-ın o zamankı prezidenti Barak Obama xalqa müraciətində Bin Ladenin ölümünü elan etdi və cəsədinin Ərəb dənizinə atıldığını bildirdi.

Bu günlərdə Bin Ladeni öldürən amerikalı əsgər açıqlama verib. Rob O'Neill adlı əsgər sosial mediada ABŞ-da ən çox axtarılan adamı öldürmək missiyasında özünün də ölmək ehtimalının çox olduğunu başa düşdüyünü və komandasının onları "intihar dəstəsi" adlandırdığını xatırladıb:

“Öləcəyimizi bilirdik. Ora çatanda dərhal döyüşə girdik. Düşünürdük ki, sursatımız tükənəcək və Pakistan həbsxanasında qısa ömrümüzü bitirəcəyik".

O, bildirib ki, Bin Ladenlə üz-üzə gəlib və onu saqqalından tanıyıb. Bin Ladenin təslim olmadığını deyən Rob onun başından iki güllə vuduğunu və daha sonra yerdə də bir dəfə atəş etdiyini bildirib:

“Onun burnunu, saqqalını, nə qədər uzun, nə qədər arıq olduğunu dərhal xatırladım. Təslim olmadı. Başına iki dəfə atəş açdım, yerə yıxıldı və yenidən vurdum”.

Mənbə: Milliyet.com.tr

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Azərenerji” nin prezidenti Balababa Rzayevə şiddətli töhmət elan edilib

“Şöhrət” ordeni ilə təltif edilən Sabir Hacıyev kimdir? - Dosye

Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? 

"Komedixana"nın aktrisasının aktyorlarla rəqsi diqqət çəkdi - Video

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda-qərargah təlimi başa çatıb

İsralin Bunkerə endirdiyi zərbələr nəticəsində Haşim Safiəddindən xəbər yoxdur

Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir

Rayon rəhbəri şəhid anasını 50 illik yubileyi münasibəti ilə ziyarət edib

Murad Dadaşov uzun müddət sonra ilk dəfə həyat yoldaşı ilə - Foto

7 evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb - Video

MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib

Ən çox oxunanalar