Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Unikal səsə sahib olan Xalq artisti Flora Kərimovanın doğum günüdür    

İyulun 23-ü Xalq artisti Flora Kərimovanın doğum günüdür...

Xatırladaq ki, Flora Kərimova 1941-ci ildə Bakı şəhərində anadan olub.

1964-cü ildә Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu, 1971-ci ildә Azərbaycan Dövlət Tibb İnstitutunu, 1977-ci ildә Azərbaycan Dövlət Konservatoriyasını bitirib.

14 yaşından bədii özfəaliyyət kollektivlərində, Azərbaycan Dövlət Tibb İnstitutunun "Çinar" ansamblında, 1960-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasında çıxış edib.

Flora Kərimova 1983-cü ildən Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir.

Klassik Avropa operası (nümunə üçün "Qayınana" filmində "Dilbər"in ariyası), Milli Opera janrının, xalq və bəstəkar mahnılarının və klassik art-estrada (sovet estradası) janrlarının mahir ifaçısıdır.

O, doqquz dəfə Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında "Leyli" rolunu oynayıb.

Flora Kərimova həm də Azərbaycan klassik art-estrada janrının banisi hesab olunur. Ona qədərki sənətkarlarımız - Rəşid Behbudov və Mirzə Babayev daha çox milli çalarlı estrada bəstəkar mahnıları ifa ediblər.

Bəstəkar Elza İbrahimova, xüsusi olaraq, Flora Kərimovanın səsi üçün "Afət" operasını bəstələyib.

F.Kərimovanın repertuarında Tofiq Quliyev, Emin Sabitoğlu, Elza İbrahimova, Oqtay Rəcəbov, Ramiz Mirişli, Mobil Babayev, Şəfiqə Axundova, Oqtay Kazımov, Elçin İmanov, Eldar Mansurov, İmruzə Hüseynova, Faiq Sücəddinov, Rauf Hacıyev, Fikrət Əmirov kimi tanınmış Azərbaycan bəstəkarlarının mahnıları başlıca yer tutur.

1966-cı ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında "Leyli və Məcnun" operasında çıxış edib.

Flora Kərimovanın özəlliyi həm də ondadır ki, o, səsi dörd (4-cü) oktavanı aşan müğənnilərdəndir. Həmçinin, o, nəinki 4-cü oktavada vokaliz edir, hətta bu yüksəklikdə oxuya da bilir. Ən qəribəsi budur ki, onun səsi bütövlüklə dörd oktavanı - yəni bütün notları əhatə edir, istər aşağı, istər zil, istər orta yüksəklikdə olan kontralto, mezzo-soprano, soprano, koloratur soprano və bundan əlavə, o, həmçinin, muğam da ifa edir.

Flora Kərimova əllidən çox film və tamaşada musiqi ifa edib, 1968-ci ildə "Qanun naminə", 1970-ci ildə "Toyda görüş", 1972-ci ildə "Həyat bizi sınayır", 1979-cu ildə "Yollar görüşəndə", 2002-ci ildə "Arşın mal alan", 2018-ci ildə "Qayınana" kimi filmlərdə rol alıb.(oxu.az)

Poliqon.info


Etiket: Flora Kərimova


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ruslar taktikalarını təkmilləşdirib: Ukraynanın şərqindəki əraziləri görünməmiş sürətlə itirilir...

Yeni sədr onların da qohumlarını işdən çıxardı - Foto

Prezident general-mayoru rütbəsindən məhrum edib

Bakıda məktəbdə tədris dayandırıldı - şagirdlər evə buraxıldı

NYT: Seçkilərə görə ABŞ-ın İsrailə kifayət qədər təsir aləti yoxdur...

Maaş, pensiya və sosial ödənişlər nə qədər artacaq?

Bakıda qorxunc ağ Amerika həşəratları yayılır: "Təcili tədbirlər görülməsə..." - Foto

SOCAR 2035-ci ilə qədər layihə portfelini şaxələndirməyi planlaşdırır

Ayxan Hacızadə: Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - Yenilənib

Ən çox oxunanalar