Çərşənbə, 02 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İtkin düşmüş şəxslərin ailələrindən 11 min 200-dən çox bioloji nümunə götürülüb

Azərbaycanın 63 bölgəsində Birinci Qarabağ Müharibəsi zamanı itkin düşmüş şəxslərin ailələrindən 11 200-dən çox bioloji nümunələr götürülüb...

Poliqon xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin rəhbəri Rüfət Əliyev oktyabrın 2-də Bakıda itkin düşmüş şəxslər mövzusuna həsr edilmiş beynəlxalq konfransın “İtkin düşənlərin qalıqlarının axtarışı, bərpası, məhkəmə-tibbi identifikasiyası sahəsində irəliləyiş və çətinliklər” mövzusunda keçirilən sessiyasında deyib.

O bildirib ki, həmin materiallar əsasında DNT məlumat bazası formalaşdırılıb:

“Hazırda 4000-ə yaxın soydaşımız itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan Vətən müharibəsi və antiterror tədbirlərindən sonra aparılan tikinti işləri və Dövlət Komissiyasının apardığı qazıntılar nəticəsində kütləvi məzarlıqlar aşkar edilib. İtkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyən edilməsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi diqqət mərkəzində saxlanıb. Bütün çətinliklərə baxmayaraq, itkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsində ciddi irəliləyiş əldə edilib. İtkin düşmüş şəxslərin müəyyənləşdirilməsi sahəsində Dövlət Komissiyası, BQXK və aidiyyəti qurumlar arasında davam etdirilən əməkdaşlığın hazırkı səviyyəsi yüksək qiymətləndirilib".

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İrandan İsrailə 500-ə yaxın raket atılıb - Yenilənib

Ürəyinizin düşməni - Saat 14:00-dan sonra bunları yeməyin

Yeni sədr onların da qohumlarını işdən çıxardı - Foto

Ruslar taktikalarını təkmilləşdirib: Ukraynanın şərqindəki əraziləri görünməmiş sürətlə itirilir...

Ceyk Sallivan: İsrailə zərbənin İran üçün dəhşətli fəsadları olacaq

İsrail Ordusu: İran tərəfdən artıq təhlükə yoxdur

Tramp: İranın İsrailə raket hücumunun qarşısı alına bilərdi

Beynəlxalq aviaşirkətlər Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş üçün müraciət edib

Şirvanda qəza nəticəsində ölən piyadanın kimliyi məlum olub - Yenilənib

Pezeşkian: Netanyahuya deyin ki, İran müharibə aparmır, lakin istənilən təhdidlərə sərt cavab verir

Ən çox oxunanalar