Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynanın əks-hücumunun ləng getməsi Qərbdə narahatlıq yaradır...

Qərb rəsmiləri deyirlər ki, Ukraynanın ləng əks-hücum əməliyyatı bu il sülh danışıqlarına olan ümidləri azaldır və münaqişəni uzanmasını qaçınılmaz edir...

Poliqon xəbər verir ki, bu barədə The Wall Street Journal qəzetinin məlumatında bildirilir.

Qəzet yazır ki, potensial çıxılmaz vəziyyət Kiyevi güclü mövqedən danışıqlar aparmaq cəhdində dəstəkləyən Bayden üçün sınaq olacaq. Ləng əks-hücum həm də Qərbdən gələn silah təchizatında da problemlər yarada bilər.

WSJ qeyd edir ki, ABŞ-da prezident seçkiləri yaxınlaşdıqca, Putinin Qərbi üstələmək üçün getdikcə daha çox səbəbi var. Çünki Respublikaçıların iki əsas namizədi Donald Tramp və Florida ştatının qubernatoru Ron DeSantis daha əvvəl Ukraynaya dəstəyini geri götürə biləcəklərini bildiriblər.

WSJ yazır ki, Rusiya da danışıqlara hazır olduğunu nümayiş etdirmir. Putin münaqişədə kifayət qədər aqressiv olmadığına görə tənqidlərlə üzləşib. Nəşr qeyd edir ki, nə Rusiya, nə də Ukrayna danışıqlara hazır olmadığı üçün Ağ Evin qarşısında bir neçə variant qalıb. Lakin Ağ Ev hələ də Ukraynanın döyüş meydanında uğur qazanacağına ümid etməkdə davam edir.

Həmçinin Vaşinqton Moskvada yeni siyasi çatlara ümid edə bilər. ABŞ rəsmilərindən biri deyir ki, əgər Ukrayna öz ehtiyatlarından istifadə edə bilməsə, o zaman ABŞ irəliyə doğru addım atmalı olacaq.

Avropalı yüksək rütbəli məmur isə qəzetə bildirib ki, Ukraynanın rus qoşunlarını bütün şərqi Ukraynadan sıxışdırıb çıxarmaq və ya Krımı geri almaq gücünə inanmaır. Buna baxmayaraq həmin rəsmi qeyd edib ki, sürprizlər hər zaman baş verə bilər.

Amerikalı diplomatlardan biri isə hesab edir ki, Birləşmiş Ştatlar münaqişənin tezliklə bitməyəcəyini qəbul etməlidir. Buna gör ədə müttəfiqlər Kiyevin uzunmüddətli təchizatına hazırlaşmalıdırlar.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar