Şənbə, 25 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynadakı müharibə səbəbindən Almaniya ordusu yararsız hala düşüb

Bundesver (Almaniya ordusu) hazırda Rusiya-Ukrayna münaqişəsinin əvvəlindən xeyli pis təchiz olunub və genişmiqyaslı müharibə olacağı təqdirdə uzun müddət döyüş əməliyyatları apara bilməyəcək...

Poliqon xəbər verir ki, bu barədə Almaniyanın "Focus" portalı yazıb.

"Ukrayna münaqişəsinin əvvəlində Bundesver "çılpaq" idi. Bu gün hər şey daha pisdir", deyə məqalədə qeyd edilir.

Təqaüddə olan polkovnik Ralf Tiele jurnalistlərə bildirib ki, Almaniyaya və ya NATO ölkəsinə hücum edilərsə, Bundesver ən çox bir neçə saat döyüşdə dayana biləcək. Halbuki əvvəllər əsgərlər belə vəziyyətdə təxminən 3 gün sağ qala bilirdilər.

Nəşr qeyd edir ki, Bundesverdə kadrlar çatışmazlığı var və onun yenidən təchiz edilməsi Ukraynaya böyük silah tədarükü səbəbindən çox ləng gedir.

Bundan əlavə, Almaniya Müdafiə Nazirliyi hələ döyüş meydanında pilotsuz təyyarələrin geniş tətbiqi kimi müasir hərbi texnologiyaları mənimsəməyə belə başlamayıb.

Qeyd edək ki, bundan əvvək Şimal Hərbi Dairəsi zonasına tədarük edilən alman texnikasıbnın Rusiya Silahlı Qüvvələri tərəfindən uğurla məhv edilməsi barədə xəbərlər yayılıb. Bu yaxınlarda Rusiya Müdafiə Nazirliyi Almaniya istehsalı olan IRIS-T zenit-raket kompleksinin (SAM) iki buraxılış qurğusunun məhv edildiyini açıqlayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Üzrü qəbahətindən böyük icra hakimiyyəti: Başçının tökdüyünü şöbə müdiri toplaya bilmədi

Köç karvanı Laçının Sus kəndinə çatıb - Yenilənib

Qazaxın nəzarətə götürülən kəndlərindən Prezident İlham Əliyevə məruzə olunub, Azərbaycan bayrağı ucaldılıb - Video

Milli Məclis Dövlət Komitəsinin illik məlumatını təsdiqləyib - Yenilənib

Doqquzuncu sinif şagirdi 30 yaşlı kişiyə ərə verilir - Rəsmi açıqlama

Azərbaycanda əmək pensiyalarının ödənilməsi xərcləri artırılır

Ağsuda Birinci Qarabağ müharibəsinin şəhidi Nuhu Mustafayev dəfn edilib - Yenilənib

Türkiyə millisinin AVRO-2024 üçün heyəti açıqlandı

Ağsuda Birinci Qarabağ müharibəsinin şəhidi Vurğun Seyidov dəfn edilib - Yenilənib

Politoloq: Gürcüstanda inqilabı istisna etmirəm...

Xalq artisti Nurəddin Mehdixanlının efirdə səsi kəsilib

Ən çox oxunanalar