Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna Polşa ilə münasibətləri düzəltmək üçün Tusku Kiyevə dəvət edib

Ukrayna Polşanın yeni baş naziri Donald Tuskun Kiyevə səfərini ilk xarici səfərlərindən biri kimi ölkələr arasında münasibətləri bərpa etmək ümidi ilə təşkil etməyə çalışır...

Poliqon xəbər verir ki, bu barədə "Onet" nəşri mənbələrə istinadən məlumat yayıb.

Qeyd edilir ki, Kiyev hökuməti Tusk və Ukrayna prezidenti Volodimir Zelenski arasında potensial görüşün dekabrın 14-15-də Avropa İttifaqı liderlərinin sammitinin keçiriləcəyi Brüsseldə baş tutub-tutmamasından asılı olmayaraq səfəri təşkil etmək istəyir.

Mənbələrin bildirdiyinə görə, bu səfər Tuskun ilk xarici səfərlərindən biri olmalıdır və Polşanın yeni baş nazirinin təklifə razılıq verməsi ehtimalı var.

Qeyd edək ki, Polşa Seymi baş nazir Mateuş Moravetskinin hökumətinə etimadsızlıq səsverməsi keçirib. Bundan sonra Seym müxalifət koalisiyasından Tuskun baş nazir postuna namizədliyinin irəli sürülməsinə səs verib. O, səsvermədə iştirak edən yeganə namizəd olub. Onun lehinə 248 deputat səs verib, 201 deputat buna qarşı çıxıb.

Bundan əvvəl Tusk Ukrayna ilə münasibətlərdə ölkəsinin maraqlarını qətiyyətlə müdafiə edəcəyinə söz vermişdi. O əlavə edib ki, hökumət bütün qonşularla münasibətlərdə Polşanın maraqlarını qətiyyətlə müdafiə edəcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Qərbi Azərbaycan Xronikası: Kəndimizin toylarında qara zurnanın səsi bütün dağlara yayılırdı

Ən çox oxunanalar