Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna kəşfiyyatı - Putin böyük hücum əməliyyatına hazırlaşır…

Ukrayna Hərbi Kəşfiyyatı Putinin 2023-cü il üçün Ukraynaya qarşı müharibədə əsas məqsədini açıqlayıb…

“Putin öz cəmiyyətini “müharibə uzun müddət davam edəcək” anlayışına alışdırmağa çalışır. Rusiya diktatoru Vladimir Putin müharibənin uzun müddət davam edəcəyini gözləmirdi, ona görə də indi uzunmüddətli hərbi əməliyyatlar variantını nəzərdən keçirir. Bunun üçün Rusiya bütün ehtiyat və vasitələri səfərbər edir”.

PİA.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov milli telemarafonun efirində məlumat verib.

Kəşfiyyat rəsmisi vurğulayıb ki, Rusiyanın uzunmüddətli müharibəyə hazırlaşması, düşmənin Ukraynanı tez bir zamanda ələ keçirmək planının mümkün olmadığını və bu planın çoxdan iflas etdiyini başa düşməsi deməkdir. Yusov onu da əlavə edib ki, son aylar Rusiyanın bütün sahələrdə “müharibə relsinə” keçməsi müşahidə olunur. Paralel olaraq Putin öz cəmiyyətini “müharibə uzun müddət davam edəcək” fikrinə alışmağa məcbur etməyə şalışır.

“Onlar bütün ehtiyatları və vəsaitləri səfərbər edirlər. Onların kölgə hərbi büdcələri var. Biz tezliklə Rusiyada digər yeni iqtisadi tədbirlərin də şahidi olacağıq. Təbii ki, Putin buna hazırlaşır. Ukraynanın qarşısında ən çətin il və məhz 2023-cü ildir və Ukrayna bu il öz qələbəsini təmin etməlidir. Çünki bu uzun müharibə nə Ukraynaya, nə də bütün sivil dünyaya lazım deyil”, deyə Andrey Yusov bildirib.

Xatırladaq ki, İqtisadi Təhlil İnstitutunun prezidenti Andrey İllarionov yaxın gələcəkdə Rusiya prezidenti Vladimir Putinin yeni mərhələyə - indiyədək heç vaxt olmamış böyük müharibəyə başlayacağını deyib. Onun sözlərinə görə, indi müharibənin miqyası tamam başqa səviyyəyə keçir və bunun əlamətləri də artıq görünür.

Qeyd edək ki, Amerika Müharibə Araşdırmalar İnstitutunun analitikləri, qarşıdakı altı ayda Rusiyanın müharibədə təşəbbüsü ələ keçirməyə çalışacağını bildirir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ən çox oxunanalar