Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna Belarusdan gələn təhlükəyə necə hazırlaşır?..

Ukrayna sərhədçiləri Belarusla sərhəddə istehkamlar qurur və hasarlar tikirlər…

“Bu sədləri aşıb keçmək mümkün deyil”.

PİA.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Belarusdan gözlənilən yeni işğal hərəkatına qarşı necə hazırlaşdıqlarını izah edərkən Kiyevin müdafiəsi üzrə qruplaşmaların komandanı Oleksandr Pavlyuk deyib.

Komandanın sözlərinə görə, hərbi rəhbərlik Rusiya Silahlı Qüvvələrinin işğal güclərinə qarşı artilleriya və snayper qrupları hazırlayıb və bu qruplar düşmənin Kiyevə doğru irəliləməsinə imkan verməyəcəklər.

Ukrayna Müdafiə Qüvvələri işğalçıların Belarus ərazisindən mümkün təkrar işğal hərəkatına qarşı fəal şəkildə hazırlaşır. General-leytenantı Oleksandr Pavlyukun sözlərinə görə, ukraynalı hərbçilər Belarus ərazisindən rusların yenidən mümkün müdaxiləsinə hazırdır və yeni işğala heç bir halda imkan verilməyəcək.

Pavlyuk əmin edib ki, Ukrayna Müdafiə Qüvvələri dövlət sərhədində işğalçı bölmələri dayandıracaq, çünki onlar ötən vaxt ərzində sərhəddə keçilməz səddlər yaradıblar.

“Biz Belarusla sərhəddə düşməni layiqincə qarşılamağa hazır olan qruplaşma yaratmışıq. Kiyev vilayəti mümkün yeni hücuma kifayət qədər güclü hazırlaşıb. Kiyev ətrafında ümumi uzunluğu təxminən 1000 km olan bir neçə müdafiə xətti yaradılıb. Bu istehkam mövqelərini və uzunmüddətli müdafiə planına uyğun hazırlanan güclü müdafiə sistemini ruslar və belaruslar asanlıqla keçə bilməyəcəklər”, deyə Pavlyuk qeyd edib.

Ukrayna Silahlı Qüvvələrinin general-leytenantının bildirib ki, Belarusla sərhəd bölgəsi indi güclü istehkamlar və minalanmış sahələrdir, onların keçməsi üçün işğalçılar çox səy göstərməli olacaqlar.

Qeyd edək ki, dekabrın sonunda Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Ukrayna ilə sərhəddə yerləşən Rusiya hərbçilərinin sayı barədə məlumat vermişdi. Komandanlığın məlumatına görə, Rusiya Belarusun Ukrayna ilə sərhədyanı bölgələrində 22 minə yaxın hərbçi yerləşdirib.

Xatırladaq ki, yeni il ərəfəsində Ukraynanın Belarusdakı səfiri İqor Kizim Belarus ordusunun Ukrayna Silahlı Qüvvələrinə qarşı müharibədə iştirak etməyə fəal şəkildə hazırlaşdığı barədə xəbərdarlıq edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

ABŞ Ukraynaya silah tədarükü üzrə qrupun iclasını keçirəcək

İsrail ordusu: Ötən il Qəzzada öldürülən 3 girovun meyitləri tapılıb

Sankt-Peterburqda hərbi akademiyada partlayış olub, 7 nəfər yaralanıb - Yenilənib

Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib

Lerikdə uçqun baş verən ərazi nəzarətə götürüldü

Ən çox oxunanalar