Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

UEFA qərarı bu gün açıqlayır: Bakı, yoxsa Madrid?


Bu gün İsveçrədə UEFA-nın 13-cü Növbədənkənar Konqresi və İcraiyyə Komitəsinin iclası işə başlayacaq


Qol.az-ın məlumatına görə, Cenevrə şəhərində təşkil olunacaq Konqresə Avropa futbol qurumuna 55 üzv milli assosiasiyadan nümayəndələr qatılacaqlar. AFFA-nı prezident Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov təmsil edəcək. Toplantıda əvvəlcə FİFA Şurasına avropalı üzv seçkisi keçiriləcək. 2017 - 2021-ci illər üçün mandata yeganə namizəd Rusiya Futbol İttifaqından Aleksey Sorokindir.

Konqresə UEFA İcraiyyə Komitəsində Avropa Klublar Assosiasiyasının (ECA) 2 nümayəndəsini ratifikasiya etməsi təklif olunacaq. UEFA hüquq məhkəməsi orqanlarında idarəetmə və normalara riayət üzrə Komitənin yeni üzvlərinin namizədliyi də təsdiqlənəcək. Eyni zamanda Konqres nümayəndələri UEFA Nizamnaməsinə düzəlişlərə səs verəcəklər.

Daha sonra UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında İcraiyyə Komitəsinin iclası təşkil olunacaq. Komitə üzvləri Avropa Futbol Liqaları Assosiasiyası (EPFL) ilə qarşılıqlı anlaşmaya dair Memorandumu müzakirə və UEFA-nın yeni vitse-prezidentini təyin edəcəklər.

Habelə, FİFA Şurasında avropalı nümayəndə təyin olunacaq. O, 2018-ci ilin fevralında Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək növbəti UEFA Konqresinədək fəaliyyət göstərəcək.

İcraiyyə Komitəsində Azərbaycanın üçün xüsusi önəm kəsb edən məsələlərlə bağlı qərarlar da qəbul olunacaq. İlk növbədə, 2018-2019 mövsümündə kişi və qadınlar arasında Çempionlar Liqası, eləcə də Avropa Liqasının finalı və UEFA Super Kubokuna ev sahibliyi edəcək şəhərlər müəyyənləşəcək. 14 ərizəsi təsdiqlənmiş 10 milli assosiasiya arasında AFFA da var. Daha dəqiqi, Bakı Olimpiya Stadionu Çempionlar LiqasıAvropa Liqasının final qarşılaşmalarına iddialıdır. Çempionlar Liqasının final matçına İspaniyanın paytaxtı Madriddəki "Metropolitano", Avropa Liqasının həlledici görüşünə isə İspaniyanın Sevilya şəhərindəki "Xuan Sançes Pisxuan" və Türkiyənin İstanbul şəhərindəki "Wodafone Arena" da iddialıdır.

İcraiyyə Komitəsinə gələn ilin sentyabrında start götürəcək UEFA Millətlər Liqasının Əsasnaməsini təsdiqləməsi təklif olunacaq. 2018-2019 mövsümünü əhatə edəcək UEFA-nın yeni turnirinə Azərbaycan millisi də qatılacaq.

Qərarların UEFA prezidenti Aleksandr Çeferinin iştirakı ilə keçiriləcək mətbuat konfransında açıqlanacağı gözlənilir. Qurumun saytı yazıb ki, mətbuat konfransının yerli vaxtla saat 17.30-da (Bakı vaxtı ilə 19.30) başlanacağı gözlənilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb   

Ən çox oxunanalar