Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkmənistan XİN: Xəzərə dair Konvensiya icra olunmur

Rusiyanın təşəbbüsü ilə Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşünün ilin sonunadək keçiriləcəyinə ümid edirik...

Bunu Türkmənistanın xarici işlər naziri Rəşid Meredov bunu Xəzər dənizinin Türkmənistan sahilindəki Avaza Milli Turizm Zonasında keçirilən “Xəzər dənizi - Sülh və Dostluq Dənizi” Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

O bildirib: “Türkmənistan əmindir ki, bu gün əsas vəzifə, ilk növbədə, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyada öz əksini tapan Xəzər dənizində yaradılmış əməkdaşlıq mexanizmlərindən maksimum istifadə etməkdir. Bu işin əlaqələndirilməsində əsas rol Xəzəryanı dövlətlərin xarici işlər nazirliklərinə həvalə edilib”.

Meredov qeyd edib: “Açığını deyim ki, Konvensiyanın qəbulundan keçən 5 il ərzində biz burada nəzərəçarpacaq nəticələr deyə bilmərik. Mövcud imkanlardan və formatlardan istifadə edərək bu vəziyyəti dəyişdirmək lazımdır. Dövlət başçılarının əldə etdiyi ən mühüm razılaşmalar tam şəkildə həyata keçirilməlidir”.

Türkmənistan XİN rəhbəri vurğulayıb ki, bu il Rusiya Federasiyasının təşəbbüsü ilə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşünün keçirilməsi planlaşdırılırdı:

“Türkmənistan bu təşəbbüsə vaxtında müsbət reaksiya verdi və onu tam dəstəklədi. Təəssüf ki, görüş hələ baş tutmayıb. Ümid edirik ki, ilin sonuna kimi keçiriləcək”.

“İclasda, ilk növbədə, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın və Xəzəryanı ölkələr tərəfindən qəbul edilmiş digər beştərəfli sənədlərin müddəalarının praktiki icrası ilə bağlı məsələlərin nəzərdən keçirilməsini zəruri hesab edirik”, deyə Meredov əlavə edib. (yenisabah)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Ən çox oxunanalar