Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyənin İsraillə barışması Azərbaycan qazını ucuzlaşdıra bilərmi


Türkiyə ilə İsrail arasında bir neçə ildir davam edən gərginlikdən sonra tərəflərin barışması İsrail qazının Türkiyə üzərindən Avropaya nəqlinin də yolunu açır


Virtualaz.org xəbər verir ki, “Milliyət” qəzetində dərc edilmiş məqaləyə əsasən ildə 30 milyard kubmetrə qədər İsrail qazının Mersin limanına nəqli, onun üçdə birinin Türkiyədə qalması, qalanının Avropaya nəqli planları var.

Söhbət İsrailin Ağ dənizdəki Leviafan qaz yatağından hasil olunacaq təbii qazdan gedir. Bu yataqda 1 trilyon kubmetrə qədər qaz ehtiyatının olduğu təxmin edilir. Yatağın istismarına dair ABŞ-da qeydiyyatdan keçmiş “Noble Oil” şirkəti ilə İsrailin “Delek” şirkəti arasında ilkin razılaşma imzalanıb. Gözlənilir ki, İsraillə Türkiyə arasında münasibətlərin normallaşmasından sonra qazın Türkiyə üzərindən Avropa bazarlarına çıxarılması barədə danışıqlar başlayacaq.

Əgər Türkiyə İsraildən 8-10 milyard kubmetr qaz alsa bu, ölkənin Rusiyadan aldığı 50 milyard kubmetr qazın 20 faizi deməkdir. Ekspertlər bunu nəzərə alıb hesab edir ki, İsraillə anlaşma Türkiyənin Rusiya qazından asılılığını azaldacaq. Eyni zamanda Türkiyə İran, RusiyaAzərbaycanla qaz “bazarlığına” daha güclü mövqe ilə gedəcək, yəni bu ölkələrdən qazı daha ucuz ala biləcək. Gözlənilir ki, İsrail qazının Türkiyədən nəqli 2020-ci ildən başlaya bilər. Bunun üçün Ağdənizdən Türkiyəyə qədər 500 kilometr uzunluğunda boru xəttinin çəkilməsi lazımdır. İsrail qazının Avropaya nəqli üçün ən əlverişli marşrut Türkiyədir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

Mişel ilə Kobaxidze arasında telefon danışığı olub: “Tarixi şansı qaçırmayın”

“Bavariya” və “Mançester Yunayted” arasında məşqçi mübadiləsi baş tuta bilər

Ən çox oxunanalar