Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyənin Əskişəhər valisi Gəncəyə səfər edib - Fotolar


Bu gün Türkiyənin qədim şəhərlərindən olan Əskişəhərin valisi Güngör Azim Tunanın başçılıq etdiyi nümayəndə heyəti Gəncəyə gəlib


Şəhər İcra Hakimiyyətində bu məqsədlə görüş keçirilib. Görüşdə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev türkiyəli qonaqları salamlayıb və onları Gəncədə görməkdən məmnunluq duyduğunu bildirib. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu «İki millət, bir dövlət» – Türkiyə-Azərbaycan münasibətlərinin uzun illik tarixi var və bu dostluq əlaqələri bu gün də genişlənməkdədir.

2013-cü ildə Əskişəhərlə Gəncə arasında «Qardaşlaşmış şəhərlər protokolu» imzalanıb. İqtisadiyyat, sənaye, təhsil, mədəniyyət sahəsində hər iki ölkə arasında sıx əlaqələr yaranıb və bu əlaqələr gündən-günə möhkəmlənir, ölkələrimizə uğur və böyük fayda gətirir.
 
Vali Güngör Azim Tuna Əskişəhərin 2013-cü ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı seçildiyini, tarixi abidələrlə zəngin olduğunu, güclü sənaye potensialına malik olduğunu və aqrar sahənin sürətlə inkişaf etdiyini vurğulayıb. Şeyx Nizami yurdu qədim Gəncə ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu deyib. 

Vali Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi Əskişəhərdə keçiriləcək Beynəlxalq simpoziuma dəvət edib.

Görüşdə iştirak edən Türkiyənin Gəncədəki Baş konsulu Orhan İşık hər iki ölkə arasında dostluq münasibətlərinin genişlənməsində əlindən gələni əsirgəməyəcəyini söyləyib. 

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Türkiyənin Əskişəhər valisi Güngör Azim Tunaya Məhsəti Gəncəvinin portreti həkk olunmuş xalça və qiymətli hədiyyələr təqdim etdi. 

Görüşdən sonra türkiyəli qonaqlar şəhəri gəziblər. 










Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı

Azərbaycana gələn turistlər Bakıdan sonra ən çox hansı əraziyə üstünlük verirlər? 

Ən çox oxunanalar