Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyənin baş konsulu: Azərbaycanla mədəniyyət sahəsində layihələrin keçirilməsi əhəmiyyətlidir

Türkiyə ilə Azərbaycan mədəniyyət sahəsində layihələrin keçirilməsi əhəmiyyətlidir...

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin mətbuat xidmətidən "Report"un yerli bürosuna verilən məlumata görə, bunu Türkiyənin muxtar respublikadakı baş konsulu Asip Kaya Naxçıvanın mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidovla görüşündə deyib.

İqdır-Azərbaycan Evinin sədri Ziya Zakir Acarın da iştirak etdiyi görüşdə nazir müavini qardaş ölkə arasında mədəni əlaqələrin tarixinin çox qədim və zəngin olmasından bəhs edib, Ümummilli Lider Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamını xatırladıb. İki ölkənin rəhbərləri arasında mövcud olan dostluq münasibətlərinin bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də qarşılıqlı münasibətlərin inkişaf və dərinləşməsinə təkan verdiyini vurğulayıb.

Bu il 100 illiyini qeyd etdiyimiz muxtariyyətimizin qazanılmasında qardaş ölkənin verdiyi dəstəyin heç zaman unudulmadığını bildirib.

Asip Kaya iki qardaş ölkə, eləcə də Naxçıvan Muxtar Respublikası ilə mədəniyyət sahəsində əməkdaşlığın inkişafı üçün müxtəlif layihələrin həyata keçirilməsinin əhəmiyyətindən danışıb. Bu il müxtəlif mədəni tədbirlərin gerçəkləşəcəyini bildirib.

Ziya Zakir Acar İqdır-Azərbaycan Evinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyinə həsr olunan layihələr barədə ətraflı məlumat verib, təşkil edilən layihələrin Naxçıvanın mədəniyyətinin, incəsənətinin İqdırda, eləcə də Türkiyənin digər bölgələrində tanıdılmasına xidmət edəcəyini, tarixi köklərimizdən süzülüb gələn zəngin mədəni irsimizin təbliği və gələcək nəsillərə ötürülməsinə böyük təsir göstərəcəyini vurğulayıb.

Sonra Naxçıvan və İqdir arasında baş tutacaq mədəni tədbirlər – muxtar respubikasının tarixi, yetişdirdiyi böyük şəxsiyyətlər, ortaq mədəni dəyərə sahib həsrət körpüsü ilə bağlı konfrans və simpoziumların keçirilməsi, turizm ehtiyatları, tarixi və mədəni abidələri ilə bağlı təbliğat işinin genişləndirilməsi, poeziya və musiqi gecələrinin, Naxçıvan teatrlarının və incəsənət nümayəndələrinin, rəqs kollektivlərinin qastrol səfərlərinin, dərslərin təşkili və qarşılıqlı maraq doğuran digər mövzularla bağlı fikir mübadiləsi aparılıb.

Fotolar

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Sumqayıtda itkin düşən məktəbli tapılıb - Yenilənib  

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları tədarük edə bilər

Almaniya Ukraynaya daha 10 "Marder" PDM və "Leopard 2" tank mərmiləri verib

Ən çox oxunanalar