Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyənin Azərbaycandakı səfiri: "İstanbulda bələdiyyə seçkisinin nəticəsi əhalinin iradəsini əks etdirdi"

Səfir İstanbulda təkrar keçirilən bələdiyyə seçkilərinə münasibət bildirib

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral iyunun 23-də İstanbulda təkrar keçirilən bələdiyyə seçkilərinə münasibət bildirib.

Səfir “Report”a açıqlamasında seçkilərin xalqın iradəsinə uyğun şəkildə reallaşdığını vurğulayıb:

“Seçkilər yekunlaşdı. İstanbul əhalisi seçkilərdə çox fəal iştirak etdilər və onlar öz namizədlərinə səs verdilər. İstanbulda bələdiyyə seçkisinin nəticəsi bu şəhərin əhalisinin iradəsini özündə əks etdirdi. Şəhər əhalisinin təxminən 84 faizi seçkidə iştirak etdi. İstanbulda keçirilən təkrar bələdiyyə seçkilərində əhalinin öz namizədinə səs verib yeni bələdiyyə başçısı seçməsi münasibətilə həm Türkiyə xalqını, həm də Azərbaycan xalqını təbrik edirəm”.

Qeyd edək ki, İstanbulda keçirilən təkrar bələdiyyə seçkilərində Cumhuriyyət Xalq Partiyasından (CHP) olan namizəd Əkrəm İmamoğlu qalib gəlib. Ə.İmamoğlu 54,20 faizdən artıq səs toplayıb. Onun əsas rəqibi, hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan namizəd Binəli Yıldırım isə seçkilərdə 44,98 faiz seçicinin səsini toplaya bilib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib

Ukrayna XİN Rusiyanın Zelenskini axtarışa verməsinə münasibət bildirib

Samir Şərifov: Hökumət dəmir yolu infrastrukturu üçün AİB-dən vəsait cəlb edə bilər

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - Yenilənib

Şəmkirdə ağır yol qəzasında ölən və xəsarət aslanların kimliyi məlum olub - Yenilənib

Azərbaycan və Somali arasında qarşılıqlı əməkdaşlıq müzakirə edilib - Yenilənib

Ən çox oxunanalar