Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyəli general: Azərbaycanın yüksək rütbəli hərbçiləri ilə mütəmadi görüşlər genişlənir

Azərbaycan və Türkiyənin yüksək rütbəli hərbçiləri arasında mütəmadi görüşlər genişlənir...

Bunu “Report”un Ankara bürosuna Türkiyə Strateji Düşüncə İnstitutunun (SDİ) rəhbəri, ehtiyatda olan general-mayor, dosent Güray Alpar Türkiyədə azərbaycanlı ordu generallarının yüksək səviyyədə qəbulu məsələsini şərh edərkən bildirib.

G.Alpar deyib ki, hər iki ölkənin Silahlı Qüvvələri arasında münasibətlərin yaxşılaşması bir həqiqətdir:

“İki qardaş ölkənin inkişaf etdirdiyi qarşılıqlı hərbi anlaşma sayəsində hər cür əməliyyat zamanı birlikdə hərəkət edən, eyni mentalitetə, eyni təlim infrastrukturuna və oxşar silah sistemlərinə malik güclü bir struktur yaradılıb. Azərbaycan Ordusu Türkiyə Ordusu ilə birgə hərəkət edərək regionun ən güclü ordusuna çevrilib. Son zamanlar Azərbaycan sürətli və effektiv ordu üçün tələb edilən struktur dəyişikliklərini uğurla həyata keçirib. Hər iki ölkənin ordusu bir-birindən çox şey öyrənib və öyrənməyə davam edir. Bu kontekstdə ölkələrimizin general və zabitlərindən başlayaraq bütün səviyyələrdə görüşlərin, təlimlərin keçirilməsi çox yaxşı haldır. Yeri gəlmişkən, mən də keçən ay bir hərbçi olaraq Azərbaycana səfər etmişəm”.

Generalın fikrincə, Azərbaycanla Türkiyə arasında siyasi, hərbi və strateji əməkdaşlığın regiondakı sülhə verdiyi töhfə aydın şəkildə özünü büruzə verir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

"Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib" - polkovnik Üzeyir Cəfərov 

Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb, 6 nəfər xəsarət alıb - Yenilənib

General Mayis Bərxudarov vəzifədən azad olunmasından danışdı

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - Yenilənib

Porno model futbol matçının fasiləsində stadionda fanatı ilə sekslə məşğul olub

İşdən azad olunan şəxsin pensiyası yenidən necə hesablanır?

Bakıda hərbi qaydaların idarə olunması ilə bağlı yüksək səviyyəli seminar keçirilir

Kuba BRICS-də tərəfdaş statusu almaq üçün müraciət edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay