Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə yeni xəbər telekanalı fəaliyyətə başlayacaq


Türkiyə televiziya bazarına yeni və iddialı bir xəbər kanalı gəlir


Oxu.Az-ın Türkiyənin “Milliyet” qəzetinə istinadən məlumatına görə, “CNN Türk”, NTV, TRT, “A Haber”, TGRT və “Habertürk” kimi kanalların xəbər rəqabətinə artıq TR24 də qoşulacaq.

“Global Media Group Produksiyon Televizyon Yayıncılık” A.Ş. bir dönəm “Kanal 6” və “Cine 5”-ə ev sahibliyi edən binada qızğın hazırlıq işləri görür.

Bina üç ayda başdan-ayağa yenilənib. TR24 yayım və xəbər avtomatlaşdırma sistemləri üçün ciddi bir baza investisiyası yatırıb.

TR24 rəhbərliyi son texnologiyalardan istifadə edərək, xəbərçilik yarışına rəqibləri ilə eyni səviyyədə, hətta bir addım öndə girməyi hədəfləyir.

TR24 xəbər kanalının İdarə Heyətinin sədri iş adamı Elnur Abdullayev, baş direktoru televiziya və elektron medianın gənc və təcrübəli nümayəndəsi Məmməd Gülməmmədovdur.

TR24 rəhbərliyi baş redaktorluq üçün təcrübəli televiziyaçı Suat Toktaşla razılıq əldə etdiklərini açıqlayıb.

Suat Toktaşın TR24-lə razılaşdıqdan sonra müəyyən danışıqlara girdiyi məlum olub.

Ankarada 13 il müxbirlik, redaktorluq və xəbər müdirliyi kimi vəzifələrdə çalışan Suat Toktaş “CNN Türk” Ankara bürosundan 2001-ci ildə İstanbul xəbər mərkəzinə keçib.

Burada 10 il redaktorluq və xəbər müdiri kimi fəaliyyət göstərən Toktaş ardınca “Habertürk” TV-yə keçib və burada beş il orta və yüksək səviyyəli idarəetməni həyata keçirib.

Toktaş bildirib ki, TR24-ü qurarkən əldə etdiyi 15 illik xəbər kanalı təcrübəsi bu prosesi asanlaşdıracaq.

Suat Toktaş uzun illər sonra Türkiyədə iddialı bir xəbər kanalının ilk dəfə qurulduğunu vurğulayıb.

“TR24 hazırda mövcud olan kanallardakı təkrarçılıq və bu təkrarçılığın xəbər spikeri, redaktor, müxbir, kameraman, qısaca, hər kollektivdə yaratdığı ətaləti aradan qaldıracaq bir anlayışla yola çıxacaq.

Hədəfimiz ən qısa zamanda diqqətlə izlənilən bir kanal yaratmaqdır. Bunun üçün öncə sağlam bir özül lazım idi. Dünya yayım bazarı araşdırıldıqdan sonra ən çevik və kollektivin ən rahat istifadə edə biləcəyi, görüntünü və xəbəri izləyiciyə ən qısa zamanda çatdıra biləcək exnologiyalar satın alınıb.

Təməli qoyarkən göstərdiyimiz həssaslığı xəbər kollektivini qurarkən də ortaya qoyacağıq. Hazırda izlədiyiniz bir çox simanı TR24-də görəcəksiniz.

“Global Medya Group”un Türkiyəyə bir macəraya deyil, qalıcı olmağa gəldiyini gördüm”, – deyən Toktaş media qrupunun çox yaxında bir əyləncə kanalı və davamında musiqi kanalı qurmağı hədəflədiyini açıqlayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib

Kreml Ukraynanın keçmiş prezidentini axtarışa verib

Ukrayna XİN Rusiyanın Zelenskini axtarışa verməsinə münasibət bildirib

Ən çox oxunanalar