Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə Respublikasının vitse-prezidenti YAP nümayəndə heyətini qəbul edib

Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz qardaş ölkədə səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətini salamlayan Cevdet Yılmaz iki dost və qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərin uğurla inkişaf etdiyini söyləyib.

Vitse-prezident qeyd edib ki, nümunəvi xarakter daşıyan Türkiyə-Azərbaycan işbirliyi regional və beynəlxalq əhəmiyyətə malikdir. C.Yılmaz vurğulayıb ki, iki ölkənin münasibətləri xalqlarımızın birliyini ifadə edən möhkəm təməl üzərində qurulub və dostluğumuz, qardaşlığımız əbədidir. O qeyd edib ki, Türkiyə və Azərbaycan beynəlxalq platformalarda bir-birini fəal şəkildə dəstəkləyir.
44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbənin xalqlarımızın qürur mənbəyi olduğunu nəzərə çatdıran Cevdet Yılmaz Azərbaycanın suverenliyinin tam bərpa olunması münasibətilə təbriklərini çatdırıb. Vitse-prezident hər iki ölkənin beynəlxalq münasibətlər sistemində layiqli yer tutduğunu və öz mövqelərini möhkəmləndirdiyini, dövlət başçılarının iradələri əsasında ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini bildirib.

Səmimi qəbula görə minnətdarlığını bildirən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov iki ölkənin liderləri – Prezident İlham ƏliyevPrezident Rəcəb Tayyib Ərdoğanın məqsədyönlü siyasətləri nəticəsində Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu, dövlətçilik maraqlarımızın məharətlə təmin edildiyini vurğulayıb. 44 günlük Vətən müharibəsində Azərbaycana böyük mənəvi-siyasi dəstək göstərən qardaş Türkiyənin yeni reallıqlar fonunda da ölkəmizin haqlı mövqeyini müdafiə etməsinin dostluq və qardaşlıq örnəyi olduğunu söyləyib.

İki qardaş ölkənin daim bir-birinin yanında olduğunu bildirən YAP Sədrinin müavini “Bu gün iftixarla qeyd edirik ki, sözümüz və əməlimiz birdir. Dəfələrlə sübuta yetirmişik ki, biz birlikdə güclüyük və bundan sonra da möhtəşəm uğurlara imza atmaq əzmindəyik”,- deyə qeyd edib.

Son 20 ildə reallaşdırılmış möhtəşəm layihələr və qazanılmış uğurlar nəticəsində Türkiyənin gücünün kifayət qədər artdığını bildirən YAP Mərkəzi Aparatının rəhbəri Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə qardaş ölkənin milli inkişafa hədəflənən bütün planlarının reallaşdırılacağına inamını ifadə edib.
Tahir Budaqov iki ölkənin hakim partiyaları arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini də diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.

Qeyd edək ki, YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə millət vəkilləri - YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə, YAP Təftiş Komissiyasının sədri Sevinc Hüseynova, YAP ilə AK Parti arasında əlaqələndirici Ramil Həsən və YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov daxildir.

Poliqon.info


Etiket: YAP


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Ən çox oxunanalar