Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə müxalifəti növbədənkənar ümumi seçkilərə can atmaq niyyətində deyil

Müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özel Türkiyədə 31 martda keçirilən bələdiyyə seçkilərində partiyanın qələbə çalmasından sonra növbədənkənar ümumi seçkilərə can atmayacaqlarını bildirib...

Poliqon xəbər verir ki, Pzgür Pzəl bu barədə müxalifətə yaxın sayılan “Sözcü” qəzetinə müsahibəsində danışıb.

“Növbədənkənar seçkilərin keçirilməsi qərarını, əgər varsa, yenə də xalq verəcək. Mən növbədənkənar seçkilərə çağırmıram”, deyə siyasətçi bildirib.

Özelin sözlərinə görə, Türkiyənin ən qocaman siyasi partiyası martın 31-də keçirilən seçkilərdə “seçicilərlə seçki qutusunda ittifaq yaratmağı bacarıb”.

“Seçicilər özləri və ölkələri haqqında düşünürlər. Bir dövlətlə millət rəqabət aparanda millət həmişə qalib gəlir”, deyə Özel qeyd edib.

Qeyd edək ki, Türkiyədə bələdiyyə seçkilərində CHP 37,76%, prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyası isə 35,48% səs toplayıb. Bununla da AKP və Ərdoğan hakimiyyətdə olduğu 22 il müddətində ilk məğlubiyyətini alıb. Müxalifət 2019-cu ildə bələdiyyə seçkilərində qalib gəldikdən sonra İstanbul, Ankara, İzmir, Antalya da daxil olmaqla, böyük şəhərlərə də qalib gəlib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Sumqayıtda itkin düşən məktəbli tapılıb - Yenilənib  

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

MN-dəki 143 milyonluq mənimsəmə: “Tapşırıqları Nəcməddin Sadıkovdan alırdıq”

Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları tədarük edə bilər

Ən çox oxunanalar