Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə hökuməti iş həftəsini 35-40 saata endirməyi planlaşdırır

Türkiyə hökuməti əmək məcəlləsinə iş həftəsini 48 saatdan 35-40 saata endirə biləcək qanunvericilik dəyişiklikləri hazırlamağa başlayıb...

Poliqon xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzetinin məlumatında bildirilir. Xəbərə görə, hakimiyyət sektorlara görə fərqlənən əmək qanunlarını birləşdirməyi və məşğulluq sektoru üçün hərtərəfli və vahid tənzimləmə hazırlamağı planlaşdırır.

Qeyd edək ki. Türkiyədə 1936-cı il Əmək Qanunu qüvvədədir və bu qanuna görə iş norması gündə 8 saat olmaqla həftədə 48 saatdır. 2003-cü ildə əmək qanununa yenidən baxılıb, iş həftəsi 45 saata endirilib. Bununla belə, bu normalar, sektorlar üçün ayrıca tənzimləmələrin mövcudluğuna görə, universal tətbiq edilmir. Beləliklə, media sektorunda və dəniz əmək qanunvericiliyində 48 saatlıq iş həftəsi norma olaraq qalır, digər sektorlarda isə 45 saatlıq iş həftəsi qaydası tətbiq edilir. Eyni zamanda, bir işçi ildə 270 saata qədər iş vaxtından artıq işə cəlb edilə bilər.

Hökumət bütün peşəkar qruplar üçün qaydaları unifikasiya etmək və norma və yeni əlavə iş rejimi kimi həftədə 35-40 iş saatı tətbiq etmək niyyətindədir. Bu dəyişikliklərin texnoloji inkişafın mövcud vəziyyəti nəzərə alınmaqla hazırlanması planlaşdırılır ki, bu da proseslərin səmərəliliyini artırmaqla iş vaxtını azaltmağa imkan verir.

Bundan əlavə, muzdla işləyənlərin hüquqlarına, mükafatların qayda və məbləğlərinə, iş vaxtından artıq iş vaxtına görə əmsallara, sosial təminatlara dair bəzi qanunvericilik normalarına yenidən baxılması nəzərdə tutulur. Qeyd olunur ki, bu qaydalara yenidən baxılması işçilərin maraqları naminə həyata keçiriləcək.

Polliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

Əməkdar artist Cəlilabadda məscid tikdirib - Video

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Elçin Əmirbəyov: "Papa Fransisk Həzrətlərinin Bakı və İrəvanın sülhün əldə edilməsinə göstərdiyi diqqəti yüksək qiymətləndiririk"

Ən çox oxunanalar