Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə heç vaxt “ikinci sort” dövlət olmayacaq!


Türkiyədə 16 aprel referendumundan sonra ölüm cəzası bərpa oluna bilər. Bununla bağlı prezident Ərdoğan da artıq anons verib. Belə bir cəza növünün tətbiqi ötən ilin 15 iyulunda ölkədə baş vermiş hərbi çevrilişə cəhddən sonra gündəmə gəlib


Avropa Komissiyasının başçısı Jan-Klod Yunker isə dünən Türkiyəyə xəbərdarlıq edib ki, əgər ölüm hökmü bərpa olarsa, ölkənin Avropa Birliyinə yolu bağlanacaq.

Paradoks da elə budur: məgər bu yol bağlı deyildi? 50 ildən çoxdur ki, qardaş ölkə Avropa Birliyinin qapısı ağzında gözlədilir. Üzvlük üçün müxtəlif bəhanələruydurulur. O sırada gah erməni, gah kürd “kartı” kimi əngəllər yaradılır, insan haqları şərti, hətta Ankaradan PKK terrorçularına loyallıq tələbi qoyulur. Bu da olsun növbəti şərt və ya minnət. Nə dəyişəcək ki? Yəni üzvlük yolu elə bağlansa, daha doğru və məntiqli olmazmı?

Olar. İş də ondadır ki, Türkiyə üzvlüklə bağlı rəsmən müraciət edəndən sonra iqtisadi və demokratiklik göstəriciləri ondan aşağı olan neçə-neçə Şərqi Avropa ölkəsi qısa müddətdə quruma qəbul edilib. Amma Türkiyəyə gələndə bitib-tükənməyən tələb-əngəllər ortaya çıxıb.

Aydındır ki, bu məsələdə Türkiyənin müsəlman dövlət olması, onun möhtəşəm imperiya keçmişi, ən əsası, Fransa və Almaniya kimi böyük dövlət statusu, regionda və dünyada söz sahibliyi, nəhayət, Avropada ən güclü orduya sahib olması həlledici rol oynayır. Bu reallıqlar dəyişməyincə, qardaş ölkəyə münasibət də dəyişməyəcək – Türkiyədə iqtidarda kimin olmasından asılı olmayaraq. Necə ki, 6-cı on illikdir ki, dəyişmir.

Qardaş ölkədəki aprel referendumuna, ölüm hökmü məsələsinə Avropadakı qıcıqlı reaksiyanın kökündə də yuxarıda sadalanan amillər durur. Qərb, Avropa Birliyi Türkiyənin prezidentli ölkə kimi daha da güclənib, bir az da sanballı söz sahibinə çevrilməsini arzulamır, əksinə, sözəbaxan, Avropanın şərtləri çərçivəsində siyasət aparan, xaricdən idarə edilən ölkə olmasını istəyir. Türkiyə Avropa Birliyinin tərkibində məhz bu cür – ikinci sort dövlət qismində təsəvvür olunur. Əlbəttə ki, o, heç vaxt bu statusla razı olmayacaq.

Maraqlısı həm də odur ki, Avropa Birliyi qardaş ölkə ilə Rusiya arasında münasibətlərin dərinləşməsi fonunda Türkiyəni özündən itələyir. Halbuki, məntiq bunun əksini deyir: Avropa Türkiyəyə indi daha geniş qucaq açmalıdır. Bunu həmçinin, Yaxın Şərq böhranına görə Ankaraya artan ehtiyac diktə edir. Amma gəl ki, bu gün PKK terror təşkilatı, onun siyasi qanadları Avropa, Almaniya tərəfindən daha güclü himayə olunur, nəinki Rusiya tərəfindən.

Reallıq belədir ki, Moskva hazırda Ankaranın regiondakı maraqlarına və yerinə daha anlaşıqlı yanaşır. O sırada referendum qərarı Rusiyada qıcıq doğurmayıb. Amma demokratik Avropa Türkiyədə müxalifətin də dəstəklədiyi referendum ideyasından təlaş keçirir. Əcəba, son sözü Türkiyə seçicisi deyəcəksə, yəni hər şey legitim qaydada beş verəcəksə, bu təlaşın, daha dəqiqi, ölkənin daxili işinə qarışmaq çabalarının nədəni nə?

O ki qaldı ölüm cəzasının bərpasına, şəksiz ki, bununla dünya dağılmaz, Türkiyənin də imici korlanıb-eləməz – yetər ki, məhkəmələrin azadlığı və müstəqilliyi, ədalətli mühakimə prosedurları təmin edilsin. Cinayətkarın da hüquqları qorunsun, cəza cinayətə uyğun olsun, heç kimə qarşı haqsızlıq edilməsin.

Yeri gəlmişkən, belə rəy var ki, ömürlük cəza ölüm cəzasından qat-qat ağır və əzablıdır. Çünki cinayətkar qətlə yetiriləndən sonra ondan ötrü ölüm cəzasının anlamı qalmır. Onun ömrü kimi əzabları da bitir. Ömürlük həbs isə tədrici, yavaş ölümdür. Dəfələrlə ölməkdir. Demək, daha əzablıdır.

Lakin bir ölkədə ölüm cəzasının tətbiqi hələ onun demokratklik və ya dünyəvilik göstəricisi sayılmaz: bu gün ölüm cəzası teokratik dövlət olan İranda da qüvvədədir, “demokratiya beşiyi” ABŞ-da da. Odur ki, Türkiyədə də bu cəza növünün bərpası onun imici üçün neqativ heç nə vəd eləmir. O ayrı məsələ ki, statistika ölüm hökmünün ömlürlüklə əvəz olunduğu ölkələrdə kriminogen durumun yaxşılaşdığını da göstərmir.(musavat.com)

 Zahid SƏFƏROĞLU

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

Ən çox oxunanalar