Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə Cocuq Mərcanlıda layihə həyata keçirmək istəyir

Türkiyə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin inkişafına töhfə vermək üçün burada layihə həyata keçirmək istəyir


İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşündə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral bildirib.
 
Səfir qeyd edib ki, bu layihə Cocuq Mərcanlıda kənd təsərrüfatı və heyvandarlığın inkişafını nəzərdə tutan təsərrüfatın yaradılmasını və burada aqrar məhsulların istehsalını nəzərdə tutur. Bu təsərrüfatda istehsal olunacaq məhsullar daxili bazara yönəldilməklə yanaşı, gələcəkdə xarici ölkələrə də ixrac edilə bilər.
 
Ş. Mustafayev Türkiyənin Cocuq Mərcanlı kəndində layihə həyata keçirmək istəyini müsbət qiymətləndirib, belə layihələrin rayonun inkişafında və əhalinin sosial rifahının yaxşılaşdırılmasında əhəmiyyətli olacağını vurğulayıb.
 
Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin genişləndirilməsi perspektivlərinə dair geniş fikir mübadiləsinin aparıldığı görüşdə iqtisadiyyat naziri ölkələrimiz arasında əməkdaşlığın bütün istiqamətlər üzrə inkişaf etdiyini və bir sıra uğurlu layihələrin reallaşdırıldığını qeyd edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu ilin oktyabrında Azərbaycana səfəri və səfər çərçivəsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı iclasının keçirilməsinin ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi baxımından önəmi vurğulanıb. Qeyd edilib ki, bu yaxınlarda Bakı-Tbilisi-Qars dəmir yolunun açılması tarixi hadisədir və bu marşrut nəqliyyat əlaqələrini genişləndirməklə, iştirakçı ölkələr üçün yeni iqtisadi imkanlar açır. Nazir Şahin Mustafayev gələn il Çində Bakı-Tbilisi-Qars dəmir yolunun təqdimatının keçirilməsinin əhəmiyyətini də diqqətə çatdırıb.
 
Görüşdə həmçinin, Azərbaycan və Türkiyə arasında ticarət əlaqələrinin genişləndirilməsinə, o cümlədən Preferensial Ticarət Sazişinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.(apa)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Zaqatalada baş verən zəhərlənmə hadisəsinin səbəbi məlum olub

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - Fotolar

Ukrayna uğrunda Rusiya-NATO müharibəsi ola bilər?

Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevə həsr edilmiş futbol turniri başa çatıb

Azərbaycan üçün yeni idman növünün təqdimatı olub

Ən çox oxunanalar