Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə artıq ABŞ və NATO-ya lazım deyil?


Politoloq: “Türkiyənin hərbi sənaye kompleksi müstəqil şəkildə inkişaf edir və öz hərbi parkını zənginləşdirmək üçün NATO ölkələri daxil, digər ölkələrlə də rabitələr qurur. Bu isə bəzi NATO ölkələrini, xüsusilə də ABŞ-ı narahat edir, lakin onlar Türkiyəyə birbaşa təzyiq göstərməkdə acizdilər”


“Türkiyə regionda yerləşən strateji  mövqeyinə görə NATO-dan uzaqlaşarsa, bu, NATO-nun Yaxın Şərqdən çıxması sayılar”.

Bu sözləri politoloq İlqar Vəlizadə NATO-nun son təlimlərində Türkiyəyə qarşı etdiyi davranışları və baş verən qalmaqalı şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib. 

Məlumdur ki, bir neçə gün öncə Norveçdə keçirilən NATO təlimlərində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün şəkilləri hədəf kimi təyin olunub. Türkiyə isə baş verənlərə adekvat reaksiya verərək təlimlərdə iştirak edən 40 türkiyəli hərbçinin geri çağırılması barədə qərar qəbul edib. NATO baş katibi Yens Stoltenberq isə Türkiyədən baş verənlərə görə üzr istəyib. NATO-nun yaydığı üzrxahlıq açıqlamasında Ərdoğanın fotosunu seçən hərbçinin ordu sıralarından xaric olunduğu bildirilib. Həmin hərbçinin Norveç Ordusunda xidmət edən türk əsilli zabit olduğu müəyyənləşib. Onun sosial şəbəkələrdə Ərdoğanın adına saxta hesab açdığı da üzə çıxıb. Qeyd olunub ki, təlimdə Atatürkün fotosunu texnik seçib. Həmin şəxs də vəzifəsindən uzaqlaşdırılıb. 

Eyni zamanda qalmaqalın baş verdiyi Norveçin müdafiə naziri də Türkiyə qarşısında üzrxahlıq edib. Lakin Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan nə NATO-nun baş katibinin, nə də Norveçin müdafiə nazirinin üzrxahlığını qəbul etməyib. Türkiyə prezidenti qalmaqalın daha dərindən araşdırılmasını tələb edib. 

Bəzi ekspertlərə görə, son illər Türkiyənin yerləşdiyi coğrafi arealda geostrateji mövqeyini daha da möhkəmləndirməsi və zərurət yarananda konkret qərarlar qəbul edərək müstəqil hərərkət etməsi NATO rəhbərliyində bir sıra narahatlıqların yaranmasına səbəb olur. Bu baxımdan NATO-nun son addımı da planlı şəkildə həyata keçirilir. 

Son  NATO təlimlərində Türkiyəyə qarşı olan qalmaqalı təsadüfi hesab etmək olar, yoxsa doğrudanmı, kimlərsə bilərəkdən Türkiyəni bu şəkildə alçaldırlar? Eyni zamanda ola bilərmi ki, ABŞ və yaxud da Almaniya Türkiyənin NATO-da olmasını artıq istəmir və bu yolla Türkiyəni NATO-dan uzaqlaşdırmaq istəyir?

Mövzu ilə bağlı politoloq İlqar Vəlizadə öz fikirlərini PİA.AZ-ın əməkdaşı ilə bölüşüb.

Image result for ilqar vəlizadə

İlqar Vəlizadə: “NATO-Türkiyə münasibətləri son bir neçə il ərzində kəskin şəkildə dəyişilməyib. Bunun əsas səbəbi isə bəzi aparıcı NATO ölkələrinin  hələ də Türkiyəni “NATO-nun aləti” olaraq görməsidir”.


NATO təlimlərində baş verən son qalmaqalın Türkiyəni istəməyən qüvvələr tərəfindən düşünülmüş şəkildə edildiyini vurğulayan politoloq İlqar Vəlizadəyə görə bu cür addımlar axın Şərqdə regional təhlükəsizlik şəraiti ilə bağlı proseslərə də mənfi təsir edir:

“Çox təəssüfedici amildir ki, Türkiyəni istəməyən hansısa qüvvələr NATO-da bu cür alçaq addımlar atırlar. Həmin qüvvələr açıq siyasət ortaya qoyub və bu cür alçaldıcı metodlarla Türkiyəyə təzyiqlər etməyə üstünlük verirlər. Bu cür addımlar Türkiyə-NATO münasibətlərinə ciddi təsir göstərməklə yanaşı,  eyni zamanda Yaxın Şərqdə regional təhlükəsizlik şəraiti ilə bağlı proseslərə də mənfi təsir edir. Və nəticədə həm Türkiyə, həm də NATO uduzur. 

Onu da demək lazımdır ki,  NATO-Türkiyə münasibətləri   son bir neçə il ərzində kəskin şəkildə dəyişilməyib. unun əsas səbəbi isə bəzi aparıcı NATO ölkələrinin  hələ də Türkiyəni “NATO-nun aləti” olaraq görməsidir. Lakin Türkiyənin çəkisi, regiondakı rolu kifayət qədər böyükdür və Ankara “NATO-nun aləti” rolunu çoxdan oynamır.  Türkiyə müstəqil şəkildə siyasi və hərbi siyasət aparır. Biz bunu Suriya, İraq  timsalında görə bilərik. 

Türkiyənin hərbi  sənaye kompleksi  müstəqil şəkildə inkişaf edir və öz hərbi parkını zənginləşdirmək üçün NATO ölkələri daxil, digər ölkələrlə də rabitələr qurur. Məsələn, Rusiyadan raket kompeksi əldə edir, hətta Çin də Türkiyənin vacib partnyoru qismində çıxış edir. Bu isə bəzi NATO ölkələrini, xüsusilə də ABŞ-ı narahat edir, lakin onlar Türkiyəyə birbaşa təzyiq göstərməkdə acizdilər.Bu baxımdan son qalmaqaldakı kimi metodlara əl atırlar.Fikrimcə,  bu siyasət davam edərsə, daha ciddi fəsadların yaranmasına səbəb ola bilər.

İlqar Vəlizadə: “İnanmıram ki, ABŞ, Almaniya və ya NATO-nun maraqlarını düşünən bir ölkə Türkiyənin alyansdan uzaqlaşmasını istəsin”.


Türkiyənin NATO-dan uzaqlaşmasına gəlincə, birmənalı şəkildə ABŞ və ya Almaniyanın son qalmaqalda iştirak etdiyini demək düzgün olmaz. Çünki Türkiyə regionda yerləşən strateji  mövqeyinə görə NATO-dan uzaqlaşarsa, bu, NATO-nun Yaxın Şərqdən çıxması sayılar. Yəni, Yaxın Şərqdə yeganə ölkə Türkiyədir ki, NATO-nun üzvüdür. Türkiyənin NATO-dan uzaqlaşması NATO-nun iflası deməkdir. 

Bu baxımdan inanmıram ki, ABŞ, Almaniya və ya NATO-nun maraqlarını düşünən bir ölkə Türkiyənin alyansdan uzaqlaşmasını istəsin. Onlar sadəcə olaraq Türkiyənin daha yumşaq mövqedə çıxış etməsini istəyirlər və onların maraqlarını nəzərə alsın”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Azərbaycan Karate Federasiyasında yeni təyinatlar - Foto

Bakıda məişət tullantıları yanan ərazidən meyit tapılıb

Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Ən çox oxunanalar