Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türk Dövlətləri Təşkilatı Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı bəyanat yayıb

"30 il əvvəl, 1992-ci il fevralın 26-da bəşəriyyət Birinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi ən qəddar əməllərdən birinin şahidi olub. Azərbaycanın Xocalı şəhərinə qarşı törədilmiş qeyri-insani basqın nəticəsində ən böyük qırğın baş verib, 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər həlak olub, 1 275 nəfər girov götürülüb".

PİA.az xəbər verir ki, bu fikirlər Türk Dövlətləri Təşkilatının Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı bəyanatında əksini tapıb.

"Bu gün təkcə şəhərin və onun əhalisinin məhv edilməsinin ildönümü deyil, həm də insanlığa və beynəlxalq ədalətə olan inamın itirilməsinin ildönümüdür. Biz hələ də əminik ki, hərbi cinayəti törədənlər beynəlxalq hüquqi mexanizmlər qarşısında məsuliyyət daşıyacaq və bu, qlobal sülhün gələcəyi üçün nümunə olacaq.

İndi Azərbaycan Respublikası qardaş Azərbaycan xalqının müdrik liderliyi və iradəsi ilə Qarabağın 30 ilə yaxın işğalına və vəhşicəsinə istismarına son qoyub, tarixi ədaləti, onun milli ləyaqətini və ərazi bütövlüyünü bərpa edib.

Türk Dövlətləri Təşkilatı beynəlxalq sülh və sabitliyə sadiq qalır və bu kontekstdə İkinci Qarabağ müharibəsindən sonra yeni geosiyasi reallıq nəticəsində regionda uzunmüddətli dinc inkişafın bərqərar olmasını dəstəkləyir.

Xocalı qurbanlarının və sağ qalanların acı xatirəsi hələ də Türk dünyası xalqlarının qəlbindədir. Bununla biz TDT olaraq Xocalı soyqırımı qurbanlarını ehtiramla yad edir və bu Anım Günündə Azərbaycan hökuməti və qardaş xalqının yanında olmağa davam edirik", - bəyanatda bildirilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti

Xalq artisti Emin Ağalarov Kürdəxanıda yaşayış binaları tikəcək

Xudatda baş verən qəzada ölən və yaralananların kimliyi məlum olub - Yenilənib 

Türkiyədə növbədənkənar prezident seçkiləri 2027-ci ilin ortasından sonra müzakirə oluna bilər

Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünün sülh yolu ilə bərpası tamamilə mümkündür

Yeddi bürc üçün yeni qapılar açılmaq üzrədir

COP29-un prezidenti: Yeni Kollektiv Kəmiyyət Məqsədi danışıqların əsas prioriteti olaraq qalır

Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq

Azərbaycanda süni yağış texnologiyası və havadan suyun əldə edilməsi üzrə pilot layihələr icra olunacaq

Bu xəstəliklər bağırsaq xərçənginə yol açır

Ən çox oxunanalar