Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın həmlələri dünyanın dəngəsini pozur – təhlükə

Yenidən impiçment təhlükəsi ilə üzləşən ABŞ prezidenti nəyə nail olmaq istəyir?

Amerikanın Rusiyaya yeni sansksiyaları qüvvəyə minib. Sanksiyalar paketində Rusiyaya təcili yardım lazım olmadıqca hər cür xarici yardımın edilməsi, silah və həm hərbi, həm də gündəlik məqsədlər üçün istifadə edilən məhsulların ixracı yasaqlanıb. Bundan başqa, Rusiyaya heç bir qurum, agentlik tərəfindən və ya Amerika hökumətindən hər hansı vasitə ilə kredit, kredit təminatı və ya maddi dəstək təmin edilməməsi barədə qərar verilib.

ABŞ Dövlət Departamentinin sənədinə görə, Skripal olayı ilə bağlı heç bir sübut olmadığı halda Rusiyaya gətirilən yeni qadağalar qüvvəyə minib. Sənəddə yeni qaydaların Rusiyanı işbirliyinə yaxınlaşdıracağı iddia edilib. Düzənləmələr paketində Rusiyaya “təcili humanitar yardım” lazım gəlmədikcə hər cür xarici yardımın edilməsi, silah və həm hərbi, həm də gündəlik məqsədlər üçün istifadə edilən məhsulların ixracı yasaqlanıb.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Paketdə eyni zamanda Rusiyaya heç bir qurum, agentlik tərəfindən və ya ABŞ hökumətindən heç bir vasitə ilə kredit təminatı və maddi dəstək təmin edilməməsi uyğun bilinib. Kosmos sahəsində və sivil hava nəqliyyatı təhlükəsizliyi sahəsində texnologiyaların və yenidən ixracatı isə sistemin xaricində qalıb. Sanksiyaların əksi bildirilmədikcə ən azı 1 il qüvvədə qalacağı deyilir. Qərara əsaslandırma olaraq, ABŞ-ın beynəlxalq təhlükəsizlik maraqlarının qorunması göstərilir. Rusiya yeni sanksiyalara prinsipial olaraq qarşılıq veriləcəyini bildirib.

 

 

Bu arada ABŞ prezidenti Donald Tramp ölkəsinin bayrağının rənglərini bilməməkdə ittiham edilib. Belə ki, Trampın Ohayo ştatındakı uşaq xəstəxanalarından birinə səfəri zamanı diqqətçəkən görüntü ortaya çıxıb: səhiyyə naziri Aleks Azarın twitter səhifəsində paylaşdığı foto müzakirələrə səbəb olub.

İnternetdə yayılan fotoda Trampın uşaqlarla birgə bayraq rənglədiyi şəkillərə diqqət yetirilib. Məlum olub ki, Tramp bayraqdakı üfüqi zolaqları ağ və ya qırmızı olduğu halda göy boya ilə rəngləyib. Bu isə birmənalı qarşılanmayıb. ABŞ bayrağını səhv rənglədiyi üçün Tramp sərt tənqidlərə məruz qalıb.

Trampın Türkiyə əleyhinə atdığı birtərəfli addımlar və təhdid siyasəti də ABŞ-da da mübahisə yaradıb. NATO-nun keçmiş ali komandanı, admiral Ceyms Stavridis “Bloomberg”ə keçən həftə verdiyi müsahibədə keşiş Endryu Bronson böhranının ancaq diplomatik yollarla həll edilə biləcəyini söyləyib. Stavridis Trampın Brunson məsələsində addımlar atarkən Türkiyənin NATO ittifaqı üçün əhəmiyyətini nəzərdən qaçırılmamasının lazım olduğunu bildirib.

Türk ordusunun Əfqanıstandan Liviyaya qədər NATO-ya verdiyi töhfələri gözləri ilə gördüyünü qeyd edən Stavridis söyləyib: “Bu problemin bir nömrəli həlli Türkiyəyə səfir təyin etməkdir. Hələ də orada elçimiz yoxdur. Bu məsələni diplomatik şəkildə həll etməliyik”.

Türkiyənin NATO-dan çıxma ehtimalını 10 faiz oldüğünü qeyd edən Stavridis bu ehtimalın müzakirə edilməsinin belə onu şoka saldığını, çünki bunun olduqca narahatedici hadisə olacağını söyləyib. Türkiyənin son günlərdə Rusiya ilə yaxınlaşmasının narahatçılıqları daha da artırdığını qeyd edən Stavridis, ölkənin NATO-dan ayrılmaması üçün arqumentləri də sadalayıb: “Birincisi, Türkiyənin böyüklüyü. Türkiyə NATO-dakı ən böyük ikinci orduya sahibdir. İkincisi, geosiyasi baxımdan ən problemli regionun sərhədində yerləşməsi. Üçüncüsü, simvolik olaraq, bu günə qədər çox önə çıxacaq bir ölkə kimi Türkiyə NATO-dan ayrılmadı. Bu NATO üçün fəlakət olar”.

Qeyd edək ki, 2016-cı il prezident seçkilərinə müdaxilə məsələsinin qabarması fonunda ABŞ prezidenti Donald Trampın impiçment məsələsi kifayət qədər aktuallaşıb. ABŞ tarixində indiyə kimi cəmi 3 prezidentə qarşı impiçment məsələsi gündəmə gəlib. 1868-ci ildə Endryu Consona və 1998-ci ildə Bill Klintona qarşı irəli sürülən impiçment təşəbbüsü Senatdan keçmədiyi üçün həmin prezidentlər vəziyyətdən çıxa biliblər. Lakin 1974-cü ildə analoji vəziyyətlə üzləşən prezident Riçard Nikson Senatın qərarını gözləmədən istefa verib.(“Yeni Müsavat”)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar