Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp Türkiyə ilə kürdləri barışdıra bilər?

Türkiyə ilə kürdlər arasında uzunmüddətli sülhün əldə edilməsi mümkündür?

Politoloq: “Kürdlər 30 ildən çoxdur ki, gah ABŞ-ın, gah da Rusiyanın, o cümlədən müəyyən qədər Avropa dövlətlərinin iştirakı ilə terrorçu bir təşkilat kimi Türkiyəyə qarşı mübarizə aparmırlarmı?”.

ABŞ prezidenti Donald Trampın ciddiliyi qalmayıb. Hal-hazırda Trampın söylədiyi sözə heç onun komandasında da inanan yoxdur”.

Bu sözləri politoloq Qabil Hüseynli kürdlərlə türklər arasında uzunmüddətli sülhün mümkünlüyünü PİA.az-a şərh edərkən qeyd edib.

ABŞ prezidenti Donald Tramp dünən sosial şəbəkədən verdiyi açıqlama da bildirib ki, Türkiyənin Suriyanın şimalında başlatdığı “Sülh çeşməsi” hərbi əməliyyatı durdura bilmək üçün üç variant var. “Twitter” hesabından açıqlama yayan Ağ Evin sahibi qarşısındakı variantları da sıralayıb:

“Qarşımızda üç variant var. Minlərcə əsgəri yenidən Suriyaya yollayıb Türkiyəyə qalib gəlmək, çox sərt iqtisadi sanksiyalar tətbiq etmək, ya da kürdlərlə türkləri arasında vasitəçi olaraq onları barışdırmaq”.

Tramp Türkiyənin əməliyyat keçirdiyi bölgələrdə ABŞ əsgərlərinin olmadığını da vurğulayıb: “İŞİD xilafətinin yüzdə yüz məğlub etdik. Artıq Suriyda Türkiyənin hücum etdiyi bölgədə əsgərimiz yoxdur. İşimizi mükəmməl həyata keçirdik. İndi də Türkiyə 200 ildir düşmən olduğu kürdlərə hücum edir”, deyə vurğulayıb.

Türkiyə ilə kürdlər arasında uzunmüddətli sülh əldə etməyin mümkünlüyünü necə dəyərləndirmək olar və hazırkı şərtlərdə buna ehtimal vermək olar?

Mövunu PİA.az-ın əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “ABŞ Trampın dövründə başadüşülməz ölkəyə çevrilib”.

Türklərlə kürdlər arasında sülhün bağlanmasını yaxşı hal kimi qiymətləndirən politoloq bildirib ki, amma kürdlər sülhə getmir. Həm də ABŞ kürdlərə silah verir, sonra da sülhdən danışır:

“Kürdlər 30 ildən çoxdur ki, gah ABŞ-ın, gah da Rusiyanın, o cümlədən müəyyən qədər Avropa dövlətlərinin iştirakı ilə terrorçu bir təşkilat kimi Türkiyəyə qarşı mübarizə aparmırlarmı? İndi də həmin ölkələrdən birinin istəyi ilə kürdlərlə türkləri barışdırmaq iddiası ortaya atılıb.

ABŞ prezidenti Donald Trampın ciddiliyi qalmayıb. Hal-hazırda Trampın söylədiyi sözə heç onun komandasında da inanan yoxdur. Çünki ABŞ prezidenti gündə bir söz deyir. Buna görə də Tramp qeyri-ciddi təsir bağışlayır. Bildiyimiz kimi ABŞ Təhlükəsizlik Şurasında Türkiyənin Suriyada hərbi əməliyyatları davam etdirməsinin əleyhinə çıxmadı. Hətta əməliyyat aparılan zaman Suriyadan öz qoşunlarını çıxarmağa razı oldular. ABŞ Trampın dövründə başadüşülməz ölkəyə çevrilib.

Qabil Hüseynli: “ABŞ prezidenti gündə bir söz deyir. Buna görə də Tramp qeyri-ciddi təsir bağışlayır”.

ABŞ türklərlə kürdlər arasında sülh bağlamağı bacarırsa, bağlasın. Bu yaxşı olardı. Amma kürdlər sülhə getmir. Həm də ABŞ kürdlərə silah verir, sonra da sülhdən danışır.

Qeyd edim ki, sülhü Türkiyənin özü yaradacaq və hərbi əməliyyatlar sülhə doğru yol aça bilər”.

Nərminə UMUDLU
pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb   

Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb, Gürcüstanın Baş naziri ABŞ-a getməyib

Ən çox oxunanalar