Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp Nyu York məhkəməsinin dələduzluq işi üzrə qərarını şərh edib

Sabiq ABŞ prezidenti Nyu York məhkəməsinin saxtakarlıq işi üzrə qərarını onun prezident seçilməsinə qarşı müdaxilə cəhdi hesab edir...

“Nyu-York əyalət məhkəməsinin ABŞ-ın keçmiş prezidenti Donald Trampı və onun “Trump Organization” şirkətinin saxtakarlıq iddiasında mülki məsuliyyətə cəlb eməsi ilə bağlı qərarı Demokratların Respublikaçıların 2024-cü ildə prezidentliyə namizədliyini əngəlləmək səylərini vurğulayır”.

Poliqon xəbər veri ki, bunu ABŞ-ın sabiq prezidenti Donald Tramp Truth Social sosial şəbəkəsində yazıb.

“Bu, radikal sol demokratların mənim və Amerika xalqının 2024-cü ildə prezident seçkilərində qalib gəlməsinə mane olmaq üçün heç bir şey dayandırmayacağına dair dəhşətli xatırlatmadır”, deyə keçmiş prezident yazıb.

Tramp məhkəmənin dələduzluqla bağlı hökmünü “gülünc və yanlış” adlandırıb. Onun fikrincə, “balanssız Nyu-York məhkəməsinin” qərarı ona qarşı “radikal mübarizədə” yeni mərhələ rolunu oynayır. Çünki “onun ABŞ prezidentliyinə əsas namizəd statusu Co Baydeni xeyli qabaqlayır”.

“Biz tez bir zamanda kommunist ölkəsinə çevrilirik. Mənim vətəndaş hüquqlarım pozulub”, deyə siyasətçi bildirib.

Tramp yazıb ki, ittiham tərəfi onun Mar-a-Laqo mülkünün dəyərini aşağı salıb, onun iddiasına görə, bu mülk təxmin edilən 18 milyon dollardan “təxminən 100 dəfə baha ola bilər”. Sabiq prezidentin fikrincə, seçki yaxınlaşdıqca prokurorlar və hakimlər getdikcə “şiddətli və təhlükəli” olurlar. Tramp ABŞ-da əvvəllər belə bir şeyin baş vermədiyinə diqqət çəkib və istər federal, istərsə də əyalət məhkəməsi olan apellyasiya məhkəməsini hökmü nəzərdən keçirməyə çağırıb.

Qeyd edək ki, Nyu-York məhkəməsi Tramp və onun şirkəti olan “Trump Organization”un ştat prokurorluğunun dələduzluq iddiası ilə bağlı mülki məsuliyyət daşıması barədə qərar çıxarıb. İddia 2022-ci ilin sentyabrında məhkəməyə göndərilib. Ştat prokuroru Letitia Ceymsin sözlərinə görə, “Trump Organization” kredit və sığorta üzrə daha sərfəli şərtlər əldə etmək üçün aktivlərin dəyərini yanlış təqdim edib. Bu yolla Tramp aktivlərinin dəyərini 2,23 milyard dollardan artırılaraq 3,6 milyard dollara çatdırıb.Yanlış məlumatlara Floridadakı Mar-a-Laqo əmülkü, Manhettendə “Trump Tower” göydələnindəki mənzillər, bir sıra ofis binaları və qolf meydançaları daxildir.

Trampın müdafiəsi iddiaların əsassız olduğunu və əmlakın qiymətinin zamanla müxtəlif səbəblərdən dəyişə biləcəyini bildirib. Lakin məhkəmə müvafiq sənədlərdə onun şişirdilməsi zamanı konkret qiymətdən söhbət getdiyinə işarə edərək, bu arqumentlərlə razılaşmayıb.

Məhkəmənin oktyabrın 2-də işə mahiyyəti üzrə baxmağa başlayacağı, prosesin dekabrda başa çatacağı gözlənilir. Mülki işlərə həbs cəzası və ya müttəhimin siyasi fəaliyyətinə hər hansı məhdudiyyətlər daxil deyil.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Qəzzada ölənlərin sayı 34 388 nəfərə çatıb

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Peskov: “Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq”    

Ceyranbatan su kanalında batan 13 yaşlı yeniyetmənin meyiti tapılıb    

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Ən çox oxunanalar